Bu iş Creative Commons Attribution-ShareAlike 4.0 Beynəlxalq Lisenziyası altında lisenziyalanmışdır. Bu lisenziyanın bir kopyasına baxmaq üçün, https://creativecommons.org/licenses/by-sa/4.0/ ünvanını ziyarət edin.
Django Girls Dərsliyinizə xoş gəldiniz! Sizi burada görməyə şadıq. :) Bu dərslikdə, sizi veb texnologiyalar başlığı altında bir səyahətə aparacağıq, internetin bildiyimiz kimi işləməsi üçün bir araya gəlməsi lazım olan bütün hissə və parçalara nəzər salacağıq.
Bütün bilinməyən şeylərdə olduğu kimi, bu da bir macəra dolu səyahət olacaq - ancaq narahat olmayın, çünki cəsarətiniz sayəsində buradasınız və daha da yaxşı olacaqsınız. :)
Heç (hələ də) əlaqə qurmadığınız texnologiyanın getdikcə dünya ilə daha çox əlaqəli olduğunu hiss etməmisiniz? Heç bir veb saytın necə hazırlandığı ilə maraqlanıb başlamaq üçün lazım olan motivasiyaya sahib olmamısınız? Proqram təminatı (kod) dünyasının sizin üçün özbaşına bir şeylərə cəhd etmək üçün çox mürəkkəb olduğunu düşünmüsünüz?
Onda, sizə yaxşı xəbərimiz var! Proqramlaşdırma göründüyü qədər çətin deyil və biz sizə nə qədər əyləncəli ola biləcəyini göstərmək istəyirik.
Bu dərslik bir sehrlə sizi proqramçıya çevirməyəcək. Əgər bu mövzuda yaxşı olmaq istəyirsinizsə, aylarla, hətta illərlə öyrənməyə və pratika etməyə ehtiyacınız var. Ancaq yenə də sizə göstərmək istəyirik ki, proqramlaşdırma və ya veb sayt yaratmaq göründüyü qədər mürəkkəb deyil. Müxtəlif hissələri bacardığımız qədər izah etməyə çalışacağıq ki, texnologiyadan artıq gözünüz qorxmasın.
Ümid edirik ki, texnologiyanı sizə bizim qədər sevdirə biləcəyik!
Dərsliyi bitirdikdən sonra kiçik bir işləyən veb tətbiqiniz olacaq: öz bloqunuz. Başqalarının işlərinizi görməsi üçün bloqunuzu necə onlayn edəcəyinizi göstərəcəyik!
Aşağı yuxarı, belə bir görünüşü olacaq:
Dərsliklə təkbaşına işləyirsinizsə və hər hansı bir problem zamanı sizə kömək edəcək bir məşqçiniz yoxdursa, sizin üçün bir söhbət sistemimiz var:
. Məşqçilərimizdən və daha əvvəl qoşulan şəxslərdən vaxtaşırı orada olmalarını və dərslikdə başqalarına kömək etmələrini xahiş etdik! Orada suallarınızı verməkdən çəkinməyin!
Yaxşı, gəlin ən başdan başlayaq...
Django Girls atelyesində iştirak etmək möhtəşəmdir, ancaq qoşulmağın həmişə mümkün ola bilməyəcəyini də anlayırıq. Buna görə də, bu dərsliyi evdə izləməyini tövsiyə edirik. Evdə oxuyanlar üçün, hazırda dərsliyi təkbaşına izləməyi asanlaşdıracaq videolar hazırlayırıq. Bu hələ də davam edən bir işdir, ancaq daha çoxu tezliklə Coding is for girls YouTube kanalında işıqlandırılacaq.
Artıq əhatə olunmuş hər fəsildə, doğru videoya işarə edən bir bağlantı var.
Bu dərs DjangoGirls tərəfindən aparılır. Əgər səhv tapsanız və ya dərsliyi yeniləmək istəsəniz, zəhmət olmasa töhfə təlimatlarını izləyin.
Hal-hazırda, tərcümələr crowdin.com platformasında saxlanılır:
https://crowdin.com/project/django-girls-tutorial
Əgər diliniz crowdin-dəki siyahıda yoxdursa, dili əlavə etməyimiz üçün zəhmət olmasa yeni bir mövzu aç vasitəsilə bizi məlumatlandırın.
