Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO

Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.  Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir. Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır. Çərəz alarkən görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir.  İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir. Daha ətraflı link:

AQTİ qida müəssisələrinə yeni standart və xidmətlər təklif edir
AQTİ qida müəssisələrinə yeni standart və xidmətlər təklif edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) AZS ISO/IEC 17021-1:2021 standartının tələblərinə uyğun olaraq, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib. Bu akkreditasiya İnstituta AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması fəaliyyətini həyata keçirmək səlahiyyəti verir. AQTİ tərəfindən sözügedən standart üzrə sertifikatlaşdırma prosesi 4 mərhələdən ibarətdir. İlk mərhələdə sahibkar müraciət forması və ərizəni dolduraraq İnstituta təqdim edir. Daha sonra daxil olan müraciət təhlil edilir, sənədlər yoxlanılır və sifarişçiyə qiymət təklifi ilə müqavilə təqdim edilir.  AZS ISO 22000:2022 sertifikatlaşdırmasının növbəti mərhələsində müəssisədə tətbiq olunan qida təhlükəsizliyi idarəetmə sistemi yerində qiymətləndirilir, onun effektivliyi və standartın tələblərinə uyğunluğu yoxlanılır. Audit və qiymətləndirmə nəticələrinə əsasən, tələblərə cavab verən müəssisələrə Sertifikatlaşdırma Komitəsinin qərarı ilə 3 il müddətinə uyğunluq sertifikatı təqdim edilir. Sertifikatın qüvvədə olduğu müddətdə illik nəzarət auditləri vasitəsilə sistemin davamlı uyğunluğu təmin edilir.  İnstitiut tərəfindən AZS ISO 22000:2022 üzrə sertifikatlaşdırma qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması və dövriyyəsi ilə məşğul olan bütün müəssisələr üçün nəzərdə tutulur. Bu xidmət qida zəncirində iştirak edən müəssisələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, istehlakçı etibarının artmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verir. Sertifikatlaşdırma xidmətləri və prosedurları haqqında daha ətraflı məlumatı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi internet səhifəsindən (afsi.gov.az) əldə etmək mümkündür. Daha ətraflı məlumat üçün link:

Kürdəmirdə ərzaq bazarında yoxlama keçirilib
Kürdəmirdə ərzaq bazarında yoxlama keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kürdəmir rayonu, S.Şıxalıyev küçəsində fəaliyyət göstərən qida məhsullarının satışı bazarında yoxlama keçirib. Baxış zamanı bazarda texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Bazarda qida məhsullarının satışı zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, həmçinin bazarda yerləşən ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin gözlənilmədiyi müəyyən olub.  Bazarda süd və süd məhsulları soyuducu avadanlıqlar olmadan, sanitar-gigiyenik tələblərə və temperatur rejiminə əməl edilmədən açıq şəraitdə saxlanılır. Həmçinin müşayiətedici baytarlıq sənədləri mövcud deyil. Həmin sahələrdə çalışan işçilər xüsusi geyim formasından istifadə etmir. Bazarda yerləşən ictimai iaşə obyektində isə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət qənaətbəxş deyil, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işləri aparılmır, qida məhsullarının hazırlanması, mətbəx ləvazimatlarının yuyulması zamanı sanitar-gigiyenik qaydalar gözlənilmir, işçi müvafiq geyim formasından istifadə etmir. Yoxlama zamanı həmçinin aşkar edilib ki, bazarda qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçməsinə dair sənədləri yoxdur. Faktla bağlı bazarın rəhbəri barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək bazar ərazisində yerləşən süd və süd məhsullarının satışı sahəsinin və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Video
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Multimedia

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Qurban Qurbanov: Futbolçularımız sağlam qidalanmada peşəkar yanaşmanın faydasını görür

Qurban Qurbanov: Futbolçularımız sağlam qidalanmada peşəkar yanaşmanın faydasını görür