Audit.Az https://audit.az/ Mühasibat uçotu Wed, 18 Mar 2026 13:08:05 +0000 az hourly 1 https://audit.az/wp-content/uploads/2022/07/cropped-audit-png-32x32.png Audit.Az https://audit.az/ 32 32 Vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verilib https://audit.az/emekhaqqi-kalkulyatoru/?utm_source=rss&utm_medium=rss&utm_campaign=emekhaqqi-kalkulyatoru Wed, 18 Mar 2026 13:08:05 +0000 https://audit.az/?p=54611 Daha çox8

Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər çərçivəsində əməkhaqqı kalkulyatoru yenilənərək istifadəyə verilib. Yenilənmiş kalkulyator əməkhaqqının bruto və … Daha çox

The post Vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verilib appeared first on Audit.Az.

]]>
Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər çərçivəsində əməkhaqqı kalkulyatoru yenilənərək istifadəyə verilib. Yenilənmiş kalkulyator əməkhaqqının bruto və xalis məbləğinin, həmçinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi və sosial ödənişlərin avtomatik və dəqiq hesablanmasını təmin edir. Bu alət işəgötürənlər və mühasiblər üçün hesablamaların operativ və düzgün aparılmasına, eləcə də vaxt itkisinin minimuma endirilməsinə şərait yaradır.

Təqdim olunan xidmət əməkhaqqı ilə bağlı hesablamalarda şəffaflığın artırılmasına və istifadəçi rahatlığının təmin edilməsinə xidmət edir.

Kalkulyatordan istifadə etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/emekhaqqindan-tutulmalarin-hesablanmasi

Mənbə: vergiler.az

Dövlət Dəniz və Liman Agentliyi auditor seçib

The post Vergi ödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verilib appeared first on Audit.Az.

]]>
Dövlət Dəniz və Liman Agentliyi auditor seçib https://audit.az/deniz-liman-agentliyi/?utm_source=rss&utm_medium=rss&utm_campaign=deniz-liman-agentliyi Wed, 18 Mar 2026 11:52:14 +0000 https://audit.az/?p=54607 Daha çox8

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan … Daha çox

The post Dövlət Dəniz və Liman Agentliyi auditor seçib appeared first on Audit.Az.

]]>
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi katirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Financial Reporting Center” MMC-dir.

Qalib şirkətə 3,3 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 9,8 min manat ödənilib.

Mənbə: report.az

Vergi ombudsmanı institutunun vergi ödəyiciləri ilə münasibətlərdə rolu

The post Dövlət Dəniz və Liman Agentliyi auditor seçib appeared first on Audit.Az.

]]>
Vergi ombudsmanı institutunun vergi ödəyiciləri ilə münasibətlərdə rolu https://audit.az/ombudsman-vergi-odeyicileri/?utm_source=rss&utm_medium=rss&utm_campaign=ombudsman-vergi-odeyicileri Wed, 18 Mar 2026 11:05:27 +0000 https://audit.az/?p=54604 Daha çox8

Ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin bərqərar olması ölkəmizdə vergi inzibatçılığının yeni inkişaf magistralının əsas istiqamətlərini təşkil edir. Azərbaycanda ötən … Daha çox

The post Vergi ombudsmanı institutunun vergi ödəyiciləri ilə münasibətlərdə rolu appeared first on Audit.Az.

]]>
Ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin bərqərar olması ölkəmizdə vergi inzibatçılığının yeni inkişaf magistralının əsas istiqamətlərini təşkil edir.

Azərbaycanda ötən il 88 sahibkar Vergi ombudsmanına müraciət edib

Şəffaflıq və etimad vergi ödəyiciləri ilə münasibətlərin təməlidir və bu etimad olmadan dayanıqlı vergi sistemi qurmaq mümkün deyil. Bu prinsiplərin vergi sistemində daha geniş tətbiqi üçün müxtəlif addımlar atılır.

Bu istiqamətdə vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti daim təkmilləşdirilir, vergi inzibatçılığında müasir texnologiyaların tətbiqi genişləndirilir və elektron xidmətlərin sayı artırılır. Elektron bəyannamələrin təqdim edilməsi, onlayn nəzarət mexanizmləri və rəqəmsal həllər vergi sistemində proseslərin daha şəffaf və operativ həyata keçirilməsinə imkan yaradır. Eyni zamanda, sahibkarlarla açıq dialoqun qurulması, maarifləndirmə tədbirlərinin keçirilməsi və qanunvericiliyin sadələşdirilməsi vergi mədəniyyətinin yüksəldilməsinə xidmət edir. Bütün bu tədbirlər nəticə etibarilə vergi ödəyicilərinin biznes mühitinə etimadını gücləndirir, könüllü vergi ödənişlərinin artmasına və ölkə iqtisadiyyatının davamlı inkişafına töhfə verir. 2025-ci ilin nəticələrinə görə, vergi öhdəliklərinə könüllü əməletmə göstəricisi 92,6 faiz təşkil edir. 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb.

Vergi ombudsmanı institutu – etimad platforması

Bu dinamikanı davamlı olaraq təmin etmək üçün vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunması mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Vergi sistemi ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, yaranan mübahisələrin operativ və ədalətli şəkildə həll olunması üçün institusional mexanizmlərin mühüm rolu var. Bu baxımdan bir sıra ölkələrin təcrübəsində tətbiq olunan vergi ombudsmanı institutu vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, onların müraciətlərinin obyektiv araşdırılması və vergi inzibatçılığı ilə bağlı problemlərin aradan qaldırılması baxımından müsbət nəticələrlə səciyyələnir.

Azərbaycanda vergi ombudsmanı institutu 2019-cu ildə yaradılıb. 2023-cü ildə isə Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Vergi ombudsmanının əsas vəzifələri vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində preventiv tədbirlərin görülməsi, vergi ödəyicilərinin hüquqlarının pozulması hallarının aşkarlanması, əlverişli biznes mühitinin yaradılması istiqamətində təkliflərin hazırlanması və vergi proseslərinin səmərəli təşkilinə dair tövsiyələrin verilməsidir. Bundan başqa, vergi ödəyiciləri ilə mütəmadi görüşlərin, sorğuların keçirilməsi və müraciətlərin təhlil edilməsi də vergi ombudsmanının əsas vəzifələrinə aiddir. Görülən işlərin effektivliyini təmin etmək üçün nəzarət mexanizmi də mövcuddur. Bu xüsusda, ombudsmana ünvanlanmış müraciətlərin icrasına nəzarət, iş proseslərinin keyfiyyətinin monitorinqi, keyfiyyətin monitorinqi nəticəsində fəaliyyətin daha səmərəli və vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində təşkilinə dair təkliflər və ya tövsiyələrin hazırlanması həyata keçirilir. Sahibkarların üzləşdiyi məsələləri dinləmək və irəli sürdükləri təkliflərlə tanış olmaq üçün vergi ödəyiciləri ilə sistemli görüşlər keçirilir. İndiyədək müxtəlif regionlarda, o cümlədən Sumqayıt, Lənkəran, Gəncə, Bakı, Naxçıvan, Ordubad, Şəmkir, Zaqatala, Göyçay və Yevlax şəhərlərində belə görüşlər təşkil edilib.

Vergi ödəyiciləri ombudsmana elektron formada da müraciət edə bilərlər. Bunun üçün Dövlət Vergi Xidmətinin saytında müvafiq bölmə fəaliyyət göstərir. https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən mütəmadi olaraq qiymətləndirmə və təhlillərin nəticələrinəsasən vergi ödəyicilərinin şikayətlərinə səbəb olan əsas amillər müəyyən edilir. Aparılan araşdırmalar üzrə müraciətlərin formalaşmasına təsir edən problemlər müvafiq qruplaşdırılır. Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin qorunması məqsədilə Dövlət Vergi Xidmətində həyata keçirilən iş prosesləri üzrə ayrıca təhlillər aparılır və həmin proseslərin icra keyfiyyətinin monitorinqi həyata keçirilir. Bu monitorinq və təhlillərin nəticəsi olaraq mövcud çatışmazlıqların aradan qaldırılması və vergi ödəyiciləri ilə münasibətlərin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra təklif və tövsiyələr hazırlanaraq Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinə təqdim edilir.

Əvvəlki ildən araşdırılması davam edən 4 müraciət də nəzərə alınmaqla, 2025-ci il ərzində ümumilikdə 179 müraciət üzrə araşdırma aparılıb. Araşdırmaların nəticələrinə əsasən 100 müraciət üzrə əlavə tövsiyələrin verilməsinə ehtiyac müəyyən edilməyib. Belə ki, həmin müraciətlərdən 72-si üzrə hər hansı hüquq pozuntusu halı aşkar edilməyib, 16 müraciət üzrə müraciətə səbəb olan hal araşdırma müddətində aradan qaldırılıb, 12 müraciət üzrə isə əsasnamə ilə səlahiyyətlərə aid olmadığından müraciət edən şəxslərə müvafiq izahat verilib.

Bununla yanaşı, aparılmış araşdırmalar nəticəsində 76 müraciət üzrə vergi ödəyicilərinin hüquqlarının pozulması halları müəyyən edilib və bu halların aradan qaldırılması məqsədilə aidiyyəti struktur bölmələrə müvafiq tövsiyələr göndərilib. Araşdırma müddətində müraciətə səbəb olan hal aradan qalxan 16 müraciət də nəzərə alınmaqla 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqlarının bərpası təmin edilib. Hesabat dövrünün sonuna isə 3 müraciət üzrə araşdırma prosesi davam etdirilib.

Vergi ombudsmanı institutunun fəliyyəti vergi sistemində şəffaflığın və ədalət prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bu fəaliyyət vergi ödəyiciləri ilə dövlət arasında qarşılıqlı etimadın gücləndirilməsinə, onların hüquq və qanuni mənafelərinin daha effektiv qorunmasına, eləcə də vergi inzibatçılığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Beləliklə, vergi ödəyiciləri ilə proaktiv ünsiyyət, könüllü əməletmənin təşviqi və dövlət–biznes münasibətlərində yeni keyfiyyət mərhələsi DVX-nin gələcək yolunu müəyyən edir. Bu yol strateji hədəflərə fokuslanan və vergi sisteminə etimad yaradan bir vergi idarəçiliyi modelinə aparır.

Mənbə: vergiler.az

 

The post Vergi ombudsmanı institutunun vergi ödəyiciləri ilə münasibətlərdə rolu appeared first on Audit.Az.

]]>
Gənclər Fondu auditor seçib https://audit.az/auditor-gencler-fondu/?utm_source=rss&utm_medium=rss&utm_campaign=auditor-gencler-fondu Wed, 18 Mar 2026 10:20:09 +0000 https://audit.az/?p=54600 Daha çox8

Gənclər Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Sorğunun qalibi “Azəruçot” MMC-dir. … Daha çox

The post Gənclər Fondu auditor seçib appeared first on Audit.Az.

]]>
Gənclər Fondu 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 10 150 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi “Tax Audit” MMC olub. Şirkətə 2 800 manat ödənilib.

Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib.

Mənbə: report.az

Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması

The post Gənclər Fondu auditor seçib appeared first on Audit.Az.

]]>
Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması https://audit.az/bayramdan-onceki-gun/?utm_source=rss&utm_medium=rss&utm_campaign=bayramdan-onceki-gun Wed, 18 Mar 2026 08:06:23 +0000 https://audit.az/?p=54597 Daha çox8

Əmək Məcəlləsində son dəyişikliyə qədər, bu Məcəllənin 108-ci maddəsinin birinci hissəsinə əsasən, Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş … Daha çox

The post Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması appeared first on Audit.Az.

]]>
Əmək Məcəlləsində son dəyişikliyə qədər, bu Məcəllənin 108-ci maddəsinin birinci hissəsinə əsasən, Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılırdı.

Maddədə qeyd edilən “göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti” ifadəsi bəzi həmkarlarımız tərəfindən fərqli yanaşmalara səbəb olurdu.

Misal

2025-ci ildə Azərbaycan xalqının Milli Qurtuluş Günü (15 iyun) bazar gününə təsadüf edirdi. Bəzi həmkarlar hesab edirdilər ki, beş günlük iş rejimində 15 iyun 2025-ci il tarixindən öncəki iş günü cümə günü olan 13 iyun 2025-ci il tarixidir və bu səbəbdən də həmin gün iş vaxtının müddəti bir saat qısaldılmalıdır. Təbii ki, bu cür yanaşma düzgün hesab edilə bilməzdi.

Dövlət orqanlarına daxil olan sorğuların xüsusi çəkisi nəzərə alınaraq, Əmək Məcəlləsinin 108-ci maddəsində “günü qabağı” sözlərinin “günündən bilavasitə əvvəl gələn” sözləri ilə əvəz edilməsi qərara alındı.

Misal

8 mart tarixi (Beynəlxalq Qadınlar Günü) bazar gününə təsadüf edir. Beş günlük iş rejimində 8 mart tarixli bayram günündən bilavasitə əvvəl gələn iş günü mövcud olmayacaq. Çünki 7 mart tarixi şənbə gününə təsadüf etdiyindən həmin tarix iş günü hesab edilmir.

Həmkarlarımıza bildirmək istəyirik ki, Əmək Məcəlləsinin 108-ci maddəsi ilə tənzimlənən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəl gələn iş gününün müddətinin bir saat qısaldılmasının tabeldə qeydiyyatına xüsusi diqqət yetirsinlər. Təcrübədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş gününün müddətinin bir saat qısaldılmaması hallarında inzibati cərimələrin tətbiq edilməsi hallarına rast gəlinir.

Mənbə: vergiler.az

Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?

The post Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması appeared first on Audit.Az.

]]>
Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub? https://audit.az/ecnebi-isler/?utm_source=rss&utm_medium=rss&utm_campaign=ecnebi-isler Wed, 18 Mar 2026 06:05:39 +0000 https://audit.az/?p=54594 Daha çox8

Әmək Məcəlləsinin 6-cı maddəsinin “ç” bəndində edilmiş dəyişiklik mahiyyət etibarilə qanunvericilikdə mövcud olan boşluğun aradan qaldırılmasına yönəlib. Lakin bu dəyişiklik … Daha çox

The post Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub? appeared first on Audit.Az.

]]>
Әmək Məcəlləsinin 6-cı maddəsinin “ç” bəndində edilmiş dəyişiklik mahiyyət etibarilə qanunvericilikdə mövcud olan boşluğun aradan qaldırılmasına yönəlib. Lakin bu dəyişiklik bəzi mütəxəssislər tərəfindən yanlış anlaşılır. Bəs yeni dəyişiklik əcnəbi işçilərlə bağlı nələri nəzərdə tutur? 

Suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Dəyişikliyə qədər Әmək Məcəlləsinin 6-cı maddəsinin “ç” bəndinə əsasən, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlamış və əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Әmək Məcəlləsi şamil edilmirdi.

Әmək Məcəlləsində edilmiş son dəyişikliklə həmin maddənin “ç” bəndindən “fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə)” sözləri çıxarılıb. Bunun əsas səbəbi həmin ifadənin əcnəbi işçilərlə bağlı yanlış hüquqi yönləndirməyə səbəb olması idi. Belə ki, xarici ölkənin hüquqi şəxsi ilə əmək müqaviləsi bağlamış əcnəbi şəxsin əmək funksiyasını Azərbaycan Respublikasında filialda və ya nümayəndəlikdə deyil, hər hansı digər işəgötürənin yanında yerinə yetirməsi mümkündür.

Misal 1

Ukraynada qeydiyyatdan keçmiş və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətin nümayəndəsi tərəfdaşlıq etdiyi Azərbaycan şirkətində əmək funksiyasını yerinə yetirir. Həmin şəxs xarici ölkənin hüquqi şəxsi ilə əmək müqaviləsi bağladığı üçün onun Azərbaycan Respublikasında çalışdığı dövrdə Əmək Məcəlləsi ona şamil edilmir.

Maddəyə edilmiş dəyişiklikdə əsas məqsəd ondan ibarətdir ki, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlamış əcnəbi şəxs əmək funksiyasını Azərbaycan Respublikasında hansı işəgötürəndə yerinə yetirməsindən asılı olmayaraq, Әmək Məcəlləsinin tətbiq dairəsindən kənarda qalır.

Bununla belə, işəgötürən Miqrasiya Məcəlləsinin tələblərinə riayət etməklə əcnəbi işçi ilə birbaşa əmək müqaviləsi bağladığı halda, həmin əcnəbi işçiyə Әmək Məcəlləsi tam şəkildə şamil edilir. Yəni son dəyişiklik ölkəmizdəki işəgötürənlərlə əmək müqaviləsi bağlayan əcnəbi işçilərin hüquqi statusuna heç bir təsir göstərmir.

Әmək Məcəlləsinin 47-ci – “Müddətli əmək müqaviləsi bağlanan hallar” adlı maddəsinə əlavə edilmiş ikinci hal əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanılan əmək müqaviləsi ilə bağlıdır. Belə ki, Әmək Məcəlləsinin 47-ci maddəsinə əlavə edilmiş “h” bəndinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda müddətli əmək müqaviləsi bağlanılmasına icazə verilir.

Maddə ilə bağlı vacib olan məqamlara aydınlıq gətirək.

Birinci məqam ondan ibarətdir ki, Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq, bəzi şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi zamanı iş icazəsinin olması mütləqdir. Öncəliklə bildirək ki, Miqrasiya Məcəlləsinə əsasən, iş icazəsi dedikdə, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazə başa düşülür. Amma bəzi şəxslər üçün istisnalar da mövcuddur.

Misal 2

İşəgötürən Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan (bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun) əcnəbi şəxslə əmək müqaviləsi imzalayır. Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən, həmin əcnəbi şəxs üçün iş icazəsi tələb olunmadığı üçün onunla əmək müqaviləsi müddətsiz də bağlanıla bilər.

İkinci məqam odur ki, iş icazəsi tələb olunan əcnəbi işçi ilə əmək müqaviləsi bağlandıqda, əmək müqaviləsinin müddətinin iş icazəsinin müddəti qədər olmasına yol verilir. Miqrasiya Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti, bu Məcəllənin 69.1-1-ci maddəsi nəzərə alınmaqla, hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinin 69-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

Misal 3

İşəgötürən iş icazəsi tələb olunan əcnəbi işçi ilə əmək müqaviləsi imzalayarkən onunla bağlanılan əmək müqaviləsinin müddətini 1 il müddətinə müəyyən etməlidir.

Bir məsələni də qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3.000-4.000 manat, hüquqi şəxslər 15.000-20.000 manat məbləğində cərimə edilir.

Mənbə: vergiler.az

Vergi uçotu olmayan repetitor üçün cərimə qaydası

The post Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub? appeared first on Audit.Az.

]]>
Vergi uçotu olmayan repetitor üçün cərimə qaydası https://audit.az/repetitor-fealiyyeti/?utm_source=rss&utm_medium=rss&utm_campaign=repetitor-fealiyyeti Tue, 17 Mar 2026 08:26:59 +0000 https://audit.az/?p=54591 Daha çox8

Fərdi repetitor fəaliyyəti göstərən bir şəxs vergi uçotuna alınmadan fəaliyyət göstərirsə, qanunvericiliyə əsasən həmin şəxsin hansı vergi öhdəlikləri yaranır? Bu … Daha çox

The post Vergi uçotu olmayan repetitor üçün cərimə qaydası appeared first on Audit.Az.

]]>

Fərdi repetitor fəaliyyəti göstərən bir şəxs vergi uçotuna alınmadan fəaliyyət göstərirsə, qanunvericiliyə əsasən həmin şəxsin hansı vergi öhdəlikləri yaranır? Bu halda ona hansı inzibati tədbirlər və cərimələr tətbiq olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Bununla yanaşı, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, eləcə də vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ var.

Əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma nəticəsində əldə edilən gəlirin miqdarından asılı olaraq, şəxs İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə və ya Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, müvafiq olaraq, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33.4-cü, 58.2-ci, 67-ci maddələri, İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi və Cinayət Məcəlləsinin 192-ci maddəsi

Mənbə: vergiler.az

Kredit bloklaması: İcazəsiz kreditlərin qarşısı alınır

The post Vergi uçotu olmayan repetitor üçün cərimə qaydası appeared first on Audit.Az.

]]>
Kredit bloklaması: İcazəsiz kreditlərin qarşısı alınır https://audit.az/icazesiz-kredit/?utm_source=rss&utm_medium=rss&utm_campaign=icazesiz-kredit Tue, 17 Mar 2026 07:41:10 +0000 https://audit.az/?p=54588 Daha çox8

Azərbaycan Mərkəzi Bankı (AMB) “Könüllü kredit qadağası” mexanizmi üzərində işləri tamamlamaq üzrədir. Bu məlumatı AMB sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən “Müasir … Daha çox

The post Kredit bloklaması: İcazəsiz kreditlərin qarşısı alınır appeared first on Audit.Az.

]]>
Azərbaycan Mərkəzi Bankı (AMB) “Könüllü kredit qadağası” mexanizmi üzərində işləri tamamlamaq üzrədir. Bu məlumatı AMB sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” adlı forumda səsləndirib. Digər yeniliyə əsasən, “FinSert” mərkəzi yaradılıb ki, bu da kiberinsidentlərlə mübarizə məqsədi daşıyır.

Kredit fırıldaqçılığına qarşı “könüllü bloklama” mexanizmi

AMB-nin hazırda üzərində işlədiyi yeni təhlükəsizlik aləti – “Könüllü kredit qadağası” mexanizmi vətəndaşlara öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə könüllü olaraq məhdudiyyət qoymaq imkanı verəcək. Məsələni şərh edən iqtisadçı Eldəniz Əmirov yeniliyin fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azaltmağa hesablandığını bildirib.

İqtisadçının sözlərinə görə, vətəndaşların xəbəri olmadan və ya yanlış məlumatlandırılmaqla adlarına kredit rəsmiləşdirilməsi son dövrlərin ən aktual problemlərindən biridir. Bu vəziyyət insanları gözlənilməz borc yükü və hüquqi çətinliklərlə üz-üzə qoyur. Mərkəzi Bankın yeni təşəbbüsü məhz bu problemi kökündən həll etməyi nəzərdə tutur. E.Əmirov qeyd edib ki, artıq hər bir şəxs sistemdə qeydiyyatdan keçərək “mənim adıma kredit verilməsin” funksiyasını aktivləşdirə və özünü sığortalaya biləcək. İqtisadçıya görə, bu, fırıldaqçılığın qarşısını alan çox mühüm bir preventiv addımdır.

Kredit verilməzdən əvvəl baza yoxlanılacaq

Sistemin işləmə mexanizminə əsasən, banklar kredit müraciətlərini dəyərləndirərkən baza üzərindən mütləq yoxlanış həyata keçirəcəklər. E.Əmirov istisna etmir ki, prosesin operativliyini təmin etmək üçün bu funksiya birbaşa mərkəzi sistemə inteqrasiya olunacaq və belə olan halda, bank əməkdaşının əlavə resurslara girişinə ehtiyac qalmayacaq.

Azərbaycan Kredit Bürosuna sorğu göndərildiyi anda vətəndaşın tətbiq etdiyi məhdudiyyət avtomatik olaraq sistemdə görünəcək. Əgər vətəndaş kredit müraciətlərini bloklamayıbsa, kreditləşmə prosesi adi qaydada davam etdiriləcək. Sistemin yaxşı tərəflərdən biri bloklamanın daimi olmamasıdır. Yəni vətəndaş istədiyi vaxt bu məhdudiyyəti aradan qaldırmaq və öz müraciət hüququnu bərpa etmək imkanına malik olacaq.

Rəqəmsal maliyyə təhlükəsizliyi

Sosial mühəndislik üsulları və saxta mesajlar vasitəsilə törədilən dələduzluq halları bu gün qlobal miqyasda ən ciddi problemlərdən biri olaraq qalır. AMB rəsmisi T.Əliyev forumda qeyd edib ki, təmsil etdiyi qurum rəqəmsal maliyyə ekosistemində istehlakçıların hüquqlarının qorunması və kiberdələduzluqla mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. O, bununla bağlı həyata keçirilən 3 əsas strateji addımdan bəhs edib. Birincisi, maliyyə institutları üçün vahid kibertəhlükəsizlik standartları müəyyən edilib və məsafədən hesab açılması qaydaları müasir təhlükəsizlik protokollarına uyğun qaydada modernləşdirilib. İkinci addım “FinSert” mərkəzinin yaradılmasıdır ki, bu da kiberinsidentlərə qarşı operativ mübarizə aparmaq məqsədi daşıyır. Üçüncüsü isə banklar arasında dələduzluq halları ilə bağlı anlıq məlumat paylaşımını təmin edən mübadilə sisteminin formalaşdırılmasıdır. Bu, şübhəli əməliyyatların vaxtında qarşısının alınmasına imkan verir.

Kibertəhlükələrə qarşı yeni mərkəz – “FinSert”

Məlumdur ki, kibercinayətkarlar daha çox vətəndaşların diqqətsizliyindən və məlumatsızlığından istifadə edərək, bank hesablarını saniyələr içində ələ keçirirlər. İnsanların sadəlövhlüyü çox vaxt onları ciddi maliyyə itkiləri ilə üz-üzə qoyur. Artıq AMB bu problemin də önünə keçmək üçün yeni sistem yaradıb.

Sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzi olan “FinSert” sayəsində hər hansı bankda baş verən kiberinsident artıq fərdi problem deyil, sistem xarakterli məsələ kimi qiymətləndiriləcək. Bu barədə məlumatlar dərhal Mərkəzi Banka ötürüləcək, mərkəzləşdirilmiş qaydada təhlil ediləcək və preventiv tədbirlərin görülməsi üçün operativ şəkildə bütün banklara çatdırılacaq. “FinSert”in fəaliyyəti kibertəhdidlərin aşkarlanması və qarşısının alınması, yeni risklərə proaktiv reaksiya verilməsi, maliyyə institutlarının insidentlərə hazırlığının və kiberdayanıqlığının artırılması, eləcə də bu sahədə koordinasiyanın gücləndirilməsinə yönəlib.

“FinSert” mərkəzi kibertəhlükələrlə bağlı narahatlıqların həllinə hesablanmış strateji addımdır. E.Əmirov qeyd edir ki, bu mərkəz sadə bir xidmət deyil, kiberdələduzlara qarşı güclü bir preventiv qalxandır. İqtisadçının fikrincə, “FinSert”in tətbiqi ilə bank sistemində kibertəhlükəsizlik səviyyəsi yeni mərhələyə keçir və bu addım müasir dövrün ən böyük çağırışlarından biridir.

Mənbə: vergiler.az

Gəlir vergisindən azadolma: hesablamalar, qaydalar

The post Kredit bloklaması: İcazəsiz kreditlərin qarşısı alınır appeared first on Audit.Az.

]]>
Gəlir vergisindən azadolma: hesablamalar, qaydalar https://audit.az/gelir-vergisi-azadolma/?utm_source=rss&utm_medium=rss&utm_campaign=gelir-vergisi-azadolma Tue, 17 Mar 2026 05:45:07 +0000 https://audit.az/?p=54585 Daha çox8

Mövzunu “Business Service Center” MMC şirkətinin maliyyə işləri üzrə aparıcı mütəxəssisi Türkan Məmmədova şərh edir. Vergi Məcəlləsinin 13.2.34-cü maddəsinə əsasən, … Daha çox

The post Gəlir vergisindən azadolma: hesablamalar, qaydalar appeared first on Audit.Az.

]]>
Mövzunu “Business Service Center” MMC şirkətinin maliyyə işləri üzrə aparıcı mütəxəssisi Türkan Məmmədova şərh edir.

Vergi Məcəlləsinin 13.2.34-cü maddəsinə əsasən, muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdla işləyən şəxs bu Məcəllənin məqsədləri üçün “işçi”, bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs “işəgötürən”, bu cür haqq isə “əməkhaqqı” adlandırılır.

Əmək Məcəlləsinin 157.3-cü maddəsində isə göstərilib ki, əməkhaqqının tərkibinə aylıq vəzifə maaşı, əlavələr və mükafatlar daxildir.

– Vəzifə maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

– Əməkhaqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin vəzifə maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir.

– Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Fiziki şəxslərin muzdlu əməkdən əldə etdikləri gəlirlərin müəyyən hissəsinə güzəştlərin tətbiqi sosial ədalətin təmin olunması və əhalinin rifahının dəstəklənməsi məqsədi daşıyır.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda həmin gəlirin 200 manat məbləğində olan hissəsi vergidən azaddır. Burada əsas diqqət edilməli məqam əsas iş yerinin olmasıdır. Bu, o deməkdir ki, işçi 2.500 manatadək maaş aldıqda onun yalnız 2.300 manatı gəlir vergisinə cəlb olunur.

Misal 1

“AA” MMC-nin əməkdaşı Xaliq Əliyevin (ad şərtidir) aylıq gəliri 2.400 manatdır. Bu zaman onun ödəyəcəyi gəlir vergisi belə hesablanacaq:

(2.400 – 200) x 3% = 66 manat.

Misal 2

“BB” MMC-nin əməkdaşının aylıq gəliri 2.800 manatdır. Bu halda vergilərin hesablanması aşağıdakı kimi olacaq:

2.800 – 2.500 = 300 manat;
2.500 x 3% = 75 manat;
300 x 10% = 30 manat;
75 + 30 =105 manat.

Hesablamadan göründüyü kimi, aylıq gəlir 2.500 manatdan artıq olduqda 2.500 manatadək məbləğ üçün həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulması ilə bağlı güzəşt qüvvədə qalmır.

Eyni yanaşma gəlirlərin illik hesablanması zamanı nəzərə alınır. Yəni illik 30.000 manatadək gəlir əldə edən şəxsin gəlirinin 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir. Nəticədə bu güzəşt əsasən sabit, lakin yüksək olmayan gəlir səviyyəsinə malik işçilərin dəstəklənməsinə yönəlib.

Mənbə: vergiler.az

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 180 minə yaxın xidmət göstərilib

The post Gəlir vergisindən azadolma: hesablamalar, qaydalar appeared first on Audit.Az.

]]>
Vergi ödəyicilərinə xidmət mərkəzlərində 180 minə yaxın xidmət göstərilib https://audit.az/xidmet-merkezleri/?utm_source=rss&utm_medium=rss&utm_campaign=xidmet-merkezleri Mon, 16 Mar 2026 11:21:01 +0000 https://audit.az/?p=54582 Daha çox8

2026-cı ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 107.525 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 179.074 sayda xidmət … Daha çox

The post Vergi ödəyicilərinə xidmət mərkəzlərində 180 minə yaxın xidmət göstərilib appeared first on Audit.Az.

]]>
2026-cı ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 107.525 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 179.074 sayda xidmət göstərilib.

Xidmət mərkəzlərində ən çox göstərilən əməliyyat xarakterli müraciətlər aşağıdakılar olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 56% təşkil edib:

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
  • Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərinin 5,8 min yazılı müraciəti cavablandırılıb, onlara 6,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1.310 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1.142 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 266,3 min sayda SMS göndərilib.

Dövr ərzində ümumilikdə 54.844 müraciət üzrə 85.614 Asan İmza sertifikatı verilib.

Mənbə: vergiler.az

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

The post Vergi ödəyicilərinə xidmət mərkəzlərində 180 minə yaxın xidmət göstərilib appeared first on Audit.Az.

]]>