Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı
17/03/2026

? “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” adlı layihəyə start verilib. ?Layihə çərçivəsində Bakı, Mingəçevir, Xankəndi və Ağdam şəhərlərini əhatə edən ümumilikdə 6 məktəbdən 120 şagird və 24 müəllimin iştirakı ilə maarifləndirici təlim-düşərgə təşkil olunacaq. ??‍?Məktəblərdə milli-mədəni dəyərlər, etiket qaydaları və milli geyim mövzularında təlimlər, esse və rəsm müsabiqələri, milli kulinariya yarışları və ekskursiyalar keçiriləcək. Layihə mart-iyul ayları ərzində davam edəcək. ?Layihənin yekununda isə “Milli Xalq Oyunları Festivalı” təşkil olunacaq və fərqlənən iştirakçılar mükafatlandırılacaq. Layihənin məqsədi təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək və bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmaqdır. ✨ Milli dəyərlərimizi yaşadan, yaradıcılığı və komanda ruhunu gücləndirən bu layihə şagirdlər üçün yeni təcrübə və imkanlar yaradacaq. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Məktəbdənkənar #TəhsildəQrantlar

Ətraflı
17/03/2026

? Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən magistratura səviyyəsi üzrə ikili diplom proqramına 2026-2027-ci tədris ili üçün qəbul elan olunur. ℹ️ Proqrama təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları üzrə bakalavr təhsili almış şəxslər müraciət edə bilərlər. ? İki illik proqramın məzunlarına Corc Vaşinqton Universiteti tərəfindən “Təhsil və insan inkişafı”, ADPU tərəfindən isə “Təhsil menecmenti” ixtisasları üzrə diplom təqdim ediləcək. ?️ Proqrama sənəd qəbulunun son tarixi: 30 mart 2026-cı il Ətraflı: https://shorturl.at/b5KWE #ElmVəTəhsilNazirliyi #EduGovAz #DövlətProqramı #ADPU #CVU

Ətraflı
17/03/2026

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! ? #ElmVəTəhsilNazirliyi #EduGovAz #Novruz #TorpaqÇərşənbəsi

Ətraflı