Excel.Az https://excel.az Excel Məktəbi Thu, 18 Sep 2025 10:58:07 +0000 en-US hourly 1 https://excel.az/wp-content/uploads/2022/05/cropped-excel-32x32.png Excel.Az https://excel.az 32 32 Peşəkar Excel Təlimi https://excel.az/2025/09/pessekar-excel-telimi/ https://excel.az/2025/09/pessekar-excel-telimi/#respond Thu, 18 Sep 2025 10:58:07 +0000 https://excel.az/?p=6372 Peşəkar Excel Təlimi Bu günkü dövrdə mühasib və maliyyə mütəxəssislərini Excel proqramı olmadan təsəvvür etmək demək olar ki, mümkünsüzdür. Çünki bir çox hallarda Excel bizə elə hesabatlar hazırlamağa imkan verir …

The post Peşəkar Excel Təlimi first appeared on Excel.Az.

]]>

Peşəkar Excel Təlimi

Bu günkü dövrdə mühasib və maliyyə mütəxəssislərini Excel proqramı olmadan təsəvvür etmək demək olar ki, mümkünsüzdür. Çünki bir çox hallarda Excel bizə elə hesabatlar hazırlamağa imkan verir ki, bunu mühasibat proqramlarının özləri belə edə bilmir.

Əgər siz hələ də Excel-də istədiklərinizi rahatlıqla həyata keçirə bilmirsinizsə, bu bilikləri bizimlə qazana bilərsiniz. “Azərbaycan Mühasiblər Məktəbi”nin Peşəkar Excel Təlimində iştirak etməklə Excel-in mühasibat, maliyyə və insan resursları ilə bağlı gizli imkanlarını öyrənmək şansını əldə edəcəksiniz.

Təlim kimlər üçündür?

Təlim, müəyyən təcrübəsi olan və Excel-in potensialından maksimum istifadə etmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub;
Təlim istənilən sahəyə uyğun olaraq fərdiləşdirilə bilər.

Təlimçi barədə:

Xəyal Səmədov

Rəqəmsal bacarıqların inkişafında 10 ildən artıq peşəkar təcrübəyə malik olan Xəyal Səmədov həm öz sahəsində ixtisaslaşmış təlimçi, həm də müxtəlif biznes strukturlarında liderlik etmiş bir mütəxəssisdir. Excel, Power BI, SQL və Python kimi alətlərdə dərin biliklərə sahib olan Xəyal bəy, yüzlərlə iştirakçını əhatə edən təlim proqramları ilə Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına töhfə verib.

Azercell, XalqBank, Veysəloğlu, Azərsun, McDonald’s, Hyundai və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edən Xəyal Səmədov, təkcə texniki bilikləri deyil, eyni zamanda analitik düşüncə, komanda idarəçiliyi və layihə rəhbərliyi bacarıqları ilə də seçilir.

Excel üzrə Microsoft sertifikatına (MO-201, MO-211, MCE) malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavrtəhsil almış, Qiymətli kağızlar üzrə MBA üzrə təhsilini davam etdirir.

Fərəc Qurbanov

Maliyyə ixtisası üzrə təhsil almış, Microsoft sertifikatlı Excel eksperti və data analitikası sahəsində təcrübəli təlimçidir. O, Excel, Python, SQL, və Power BI kimi alətlər üzrə ixtisaslaşmış və hazırda Excel və Python təlimləri aparır. Biodein şirkətində Analitika və Hesabatvermə üzrə mütəxəssis olan Fərəc bəy müxtəlif təhsil mərkəzlərində layihə rəhbəri və təhsil meneceri kimi çalışmış, həmçinin IBM və digər nüfuzlu təşkilatlardan data analitikası üzrə beynəlxalq sertifikatlara yiyələnmişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Onlayn və ənənəvi

Kursa daxildir:

  • 24 saat / Həftədə 2 dəfə,saat 19:00-21:00;
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun:

Proqram

Dərs 1: İştirakçıların Excel və klaviatura ilə tanışlığı

Home (Əsas səhifə) paneli

  • Clipboard (Mübadilə Qrupu)
  • Copy (Köçür)
  • Cut (Kəs)
  • Paste (Əlavə et)
  • Format Painter (Nümunəyə görə Formatla)
  • Paste Special (Xüsusi əlavə et)
  • Font (Şrift)

Home (Əsas səhifə) paneli

  • Alignment (Düzləndirmə)
  • Number formats (Xana tipləri)
  • Conditional Formatting (Şərti formatlaşdırma)
  • Cell Styles (Xana üslubları)
  • Insert (Əlavə etmə) menyusu
  • Delete (Sil) menyusu
  • Format menyusu
  • Border (Kənar çərçivələr)
  • Fill (Doldur)
  • Fill (Doldur) menyusu
  • Clear (Təmizlə) menyusu

Format As Table (Cədvəl kimi formatla)

Dərs 2: Home (Əsas səhifə) paneli

  • Sort&Filter (Sıralama&Filter)
  • Custom List (Fərdi Siyahı)
  • Filter menyusu
  • Find&Select (Tap&Seç) menyusu
  • Go to (Keç) menyusu
  • Go to Special ( Fərqli tap seç)

Dərs 3: MATH & TRIG (Riyazi) funksiyalar

  • ARABIC function
  • INT function
  • MOD function
  • ROUND function
  • ODD function
  • POWER function
  • PRODUCT function
  • RAND function
  • RANDBETWEEN function
  • ROMAN function
  • ROUND function
  • ROUNDDOWN function
  • ROUNDUP function
  • SQRT function
  • SUBTOTAL function
  • SUM function
  • SUMIF function
  • SUMIFS function
  • SUMPRODUCT function
  • TRUNC function

Dərs 4: Statistical functions (Statistik funksiyalar)

  • AVERAGE function
  • AVERAGEIF function
  • AVERAGEIFS function
  • COUNT function
  • COUNTA function
  • COUNTBLANK function
  • COUNTIF function
  • COUNTIFS function
  • LARGE function
  • MAX function
  • MEDIAN function
  • MIN function
  • SMALL function
  • rank

Dərs 5: Text (Mətn) funksiyaları

  • CONCAT function
  • CONCATENATE function
  • EXACT function
  • FIND functions
  • LEFT functions
  • LEN functions
  • LOWER function
  • MID functions
  • NUMBERVALUE function
  • PROPER function
  • REPLACE functions
  • REPT function
  • RIGHT functions
  • SEARCH functions
  • SUBSTITUTE function
  • TEXT function
  • TEXTJOIN function
  • TRIM function
  • UPPER function

Dərs 6: Logical (Məntiqi) funksiyalar

  • AND function
  • FALSE function
  • IF function
  • IFERROR function
  • IFNA function
  • IFS function
  • NOT function
  • OR function
  • SBLANK function
  • ISERROR function
  • ISEVEN function
  • ISFORMULA function
  • ISNA function
  • ISNONTEXT function
  • ISNUMBER function
  • ISODD function
  • ISTEXT function

Dərs 7: DATE (Tarix) funksiyaları

  • DATE function
  • DATEDIF function
  • DAY function
  • DAYS function
  • EDATE function
  • EOMONTH function
  • HOUR function
  • MINUTE function
  • MONTH function
  • NETWORKDAYS function
  • NETWORKDAYS.INTL function
  • NOW function
  • SECOND function
  • TIME function
  • TODAY function
  • WEEKDAY function
  • WEEKNUM function
  • WORKDAY function
  • WORKDAY.INTL function
  • YEAR function

Dərs 8: Təkrar

“Hər kəs qrup yoldaşları üçün tapşırıq hazırlayır.

365 funksiyalar

randarray, let, xlookup, filter, sortby, Sequence, Groupby, Pivotby, Unique, Let, maxifs, minifs, vstack, hstack maliyyə funksiyaları”

Dərs 9: LOOKUP & REFERENCE (Axtarış və İstinad) funksiyaları

  • ADDRESS function
  • CHOOSE function
  • COLUMN function
  • COLUMNS function
  • FILTER function
  • INDEX function
  • INDIRECT function
  • MATCH function
  • OFFSET function
  • ROW function
  • ROWS function
  • TRANSPOSE function
  • VLOOKUP function

Dərs 10: Menu

  • data
  • reviev
  • viev

Dərs 11: Menu

  • pivot table
  • page layout

Dərs 12: Menu

  • Təkrar

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 05 50
📱+994 50 212 34 72

Ünvan: Caspian Plaza

The post Peşəkar Excel Təlimi first appeared on Excel.Az.

]]>
https://excel.az/2025/09/pessekar-excel-telimi/feed/ 0
Online Excel Məktəbi 2023 https://excel.az/2023/05/online-excel-mektebi-2023/ https://excel.az/2023/05/online-excel-mektebi-2023/#respond Mon, 29 May 2023 09:05:46 +0000 https://excel.az/?p=6314 Əziz Təlim İştirakçısı! Excel təlimimə xoş gəlmişsiniz! 15 illik yerli və beynəlxalq mühitdəki iş həyatı, 10 illik Excel təlimi və yüzlərlə yazı və məqalələrimdən sonra, professional iş həyatında qarşılaşılan əsas problemlərin nə …

The post Online Excel Məktəbi 2023 first appeared on Excel.Az.

]]>
Əziz Təlim İştirakçısı!

Excel təlimimə xoş gəlmişsiniz!

15 illik yerli və beynəlxalq mühitdəki iş həyatı, 10 illik Excel təlimi və yüzlərlə yazı və məqalələrimdən sonra, professional iş həyatında qarşılaşılan əsas problemlərin nə olduğunu daha açıq şəkildə görürəm. Praktikadakı bütün bu çətinlikləri də nəzərə alaraq hazırlamış olduğum bu təlimdə, gündəlik iş həyatınızda sizə lazım olacaq bütün məlumatlara yiyələnəcəksiniz.

Hər Excel kursuma başlamadan öncə rastlaşdığım “Mövzular arasında macros da var?” sualını siz də verirsinizsə, cavabım “xeyr” olacaqdır, çünki kod və macros olmadan da, Excel o qədər imkana sahibdir ki! Kod yazmadan rutin işlərinizi nə qədər qısalda biləcəyinizi kaş ki bilsəniz!

Və məhz bu səbəblə, bu təlimi bitirdikdən sonra, kod yazmadan işlərin avtomatlaşdırılması, təqdimatların daha professional və inandırıcı hazırlanması, irəli səviyyəli Excel hiylələri, saysız qısayol kombinasiyaları (shortcuts), gündəlik rutin işlərin tək kliklə yenilənməsi və s. kimi mövzularda özünüzdəki proqressi özünüz və ətrafınızda çalışan insanlar dərhal fərq edəcəkdir.

Bütün videolar və üzərində işləyəcəyimiz Excel təlim faylı sizin maksimum rahatlığınız üçün tərtib olunmuşdur.

Ümidvaram ki, burada öyrəndiyiniz bilikləri daha da irəli aparıb, sadəcə Excel ilə kifayətlənməzsiniz, çünki, unutmayın, Excel sadəcə bir başlanğıcdır, onun davamı mütləq gəlməlidir. Müasir dövrdə texnologiyanın inkişaf sürəti aylar deyil, günlərlə ölçülür və bu yolda geri qalmamaq üçün daim üzərimizdə işləməli, hər gün kiçik də olsa, yeni bir şey öyrənməliyik.

Və unutmayın – mən sizə sadəcə yolu və bu yolda istifadə edə biləcəyiniz imkanları göstərəcəyəm. Yolun özünü siz özünüz keçəcəksiniz.

Kurs kimlər üçündür?

  • HR, mühasibatlıq, maliyyə, satış, satınalma və digər analitik sahələrdə çalışanlar;
  • Excel bilikləri orta səviyyədə olan, lakin onları bir üst səviyyəyə çıxartmaq istəyənlər;
  • Alqoritmik və sistematik düşüncəyə yiyələnmək istəyənlər;
  • Excel-dəki funksiyaların ənənəvi deyil, irəli səviyyəli həll yolları ilə tanış olmaq istəyənlər;
  • Böyük datalarla işləmək bacarığına yiyələnmək və dərin analiz aparmaq istəyən şəxslər;
  • Təqdimetmə bacarıqlarını bir sonrakı səviyyəyə çıxartmaq istəyənlər.

Bu kursu bitirərək aşağıdakı üstünlükləri qazanacaqsınız:

  • Real həyatda qarşılaşılacaq problemləri həll edəcək, səthi və ikinci dərəcəli biliklərlə vaxtınızı itirməyəcək;
  • Orta səviyyəli istifadəçidən irəli səviyyəli istifadəçiyə çevriləcək;
  • İrəli səviyyəli funksiya və formullarla daha öncə qarşılaşmadığınız probemləri həll edəcək;
  • Hesabatların avtomatlaşdırılmasına nail olmaqla, mürəkkəb hesabatları hazırlaya biləcək səviyyəyə gələcək;
  • İri həcmli datalarla işləmək və onları vizuallaşdırmaq bacarıqlarına yiyələnəcək;
  • Gündəlik işlərinizdə istifadə edə biləcəyiniz 10-dan çox hazır şablona sahib olacaqsınız.

Kursun əsas üstünlükləri:

  • Ömürboyu istifadə;
  • 100% buy-back guarantee;
  • Təlimçi ilə kontakt;
  • İOS və Android cihazlardan qoşulma;
  • Cəmi 19.99$ ödəməklə bütün bu imkanlara sahib olacaqsınız.

Kursa nə daxildir?

  • Müddət 20 saat;
  • Videolar 90 ədəd;
  • PDF materiallar: 3 ədəd (Pivot cədvəllər, Form controls vasitələri, Top 50 shortcut-lar).

Daha ətraflı tanışlıq üçün videoya nəzər yetirin

Kursa yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.udemy.com/course/online-excel-mektebi-2023/

Gələcək bütün işlərinizdə uğurlar arzu edirəm!

The post Online Excel Məktəbi 2023 first appeared on Excel.Az.

]]>
https://excel.az/2023/05/online-excel-mektebi-2023/feed/ 0
Siyahıları Tərsdən Sıralamaq https://excel.az/2019/12/siyahilari-t%c9%99rsd%c9%99n-siralamaq/ https://excel.az/2019/12/siyahilari-t%c9%99rsd%c9%99n-siralamaq/#respond Tue, 24 Dec 2019 18:58:37 +0000 https://excel.az/?p=6038 Hər hansı bir siyahıdakı dəyərləri böyükdən-kiçiyə və ya əlifba sırasının əksi istiqamətində sıralamaq, Excel platformunda çox rahatdır. Lakin, siyahıları tərsdən sıralamaq üçün nələr edə bilərik? Yəni ən altdakı dəyər ən …

The post Siyahıları Tərsdən Sıralamaq first appeared on Excel.Az.

]]>

Hər hansı bir siyahıdakı dəyərləri böyükdən-kiçiyə və ya əlifba sırasının əksi istiqamətində sıralamaq, Excel platformunda çox rahatdır. Lakin, siyahıları tərsdən sıralamaq üçün nələr edə bilərik? Yəni ən altdakı dəyər ən üstə, ən üstdəki dəyər ən alta gələcək şəkildə. Məsələn, sağdakı saat markalarını sıralarkən, Versace-nin ən üstdə olacaq şəkildə tərsdən sıralanmasına necə nail ola bilərik? Bütün çətin zamanlarda olduğu kimi, bu dəfə də köməyimizə Power Query (Get & Transform Data) gələcəkdir.

Öncəliklə, siyahımız olan diapazonu Ctrl+T qısayolu ilə Table formatına çeviririk. Daha sonra, cədvəlimizin üzərinə gələrək, Data menyusundan Get & Transform Data bloku vasitəsilə From Table / Range seçirik.

Power Query Editor platformuna keçid aldıqdan sonra, menyudan Transform >> Reverse Rows klikləyirik.

Və siyahımızın anında tərsdən sıralanmış olduğunu görəcəyik.

Power Query hər şeyin dərmanı olmasa da, ənənəvi Excel-də uzun və lazımsız dərəcədə qəliz olan formullara ciddi alternativ və rahatlıqdır.

Uğurlar!

The post Siyahıları Tərsdən Sıralamaq first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/12/siyahilari-t%c9%99rsd%c9%99n-siralamaq/feed/ 0
Müxtəlif nisbət (faiz) hesablamaları necə aparılmalıdır? https://excel.az/2019/12/muxt%c9%99lif-nisb%c9%99t-faiz-hesablamalari-nec%c9%99-aparilmalidir/ https://excel.az/2019/12/muxt%c9%99lif-nisb%c9%99t-faiz-hesablamalari-nec%c9%99-aparilmalidir/#respond Thu, 05 Dec 2019 07:20:51 +0000 https://excel.az/?p=5828 İş həyatında sıx-sıx rastlaşdığım sualların bir hissəsi – məbləğləri müəyyən faiz ilə artırıb/azaltma, 2 dəyər arasındakı faiz olaraq fərq, markup, margin hesablamalarından ibarətdir. Bu yazıda, bütün bu məsələlərə toxunaraq, hər …

The post Müxtəlif nisbət (faiz) hesablamaları necə aparılmalıdır? first appeared on Excel.Az.

]]>
İş həyatında sıx-sıx rastlaşdığım sualların bir hissəsi – məbləğləri müəyyən faiz ilə artırıb/azaltma, 2 dəyər arasındakı faiz olaraq fərq, markup, margin hesablamalarından ibarətdir. Bu yazıda, bütün bu məsələlərə toxunaraq, hər ssenariyə uyğun hansı formuldan istifadə edilməli olduğunu müzakirə edəcəyik. Aşağıdakı 9 ssenaridə, çox bəsit hesablamalar olduğu kimi, orta və irəli səviyyəli hesablamalarla da tanış olacaqsınız.


1. İllər arasındakı artım faizi

İldən ilə artım faizini hesablamaq üçün, mövcud ildən keçmiş ili çıxdıqdan sonra, nəticəni keçmiş ilə bölməkdir. Riyazi olaraq formulu sadələşdirsək – mövcud ili keçmiş ilə bölüb, nəticədən 1 çıxmaqla formulu daha da sadələşdirə bilərik.


2. Dəyəri müəyyən faiz ilə azaltmaq

Hər hansı bir dəyəri, hər hansı bir faiz dərəcəsi ilə azaltmaq istədikdə. 1-dən həmin faiz dərəcəsini çıxdıqdan sonra, ilkin dəyərə vurmaq lazımdır.


3. İki dəyər arasındakı nisbət

Bir dəyərin digər dəyərin neçə faizini təşkil etdiyini hesablamaq üçün, o iki dəyəri bir-birinə bölmək lazımdır.


Məsələn, 4,500-ün 3,500-ün neçə faizi olduğunu hesablamaq üçün, ilkini ikincisinə bölmək lazımdır.


4. Endirimdən öncəki qiyməti hesablamaq

Əlimizdə endirimli qiymət və endirim faizi varsa, endirimdən öncəki qiyməti hesablamaq üçün, endirimli qiyməti (1-endirim %) bölmək lazımdır.


5. Verilən endirim faizinin hesablanması

Endirimli və endirimsiz qiymətlərə baxaraq, neçə faiz endirim verildiyini hesablamaq üçün, 1-dən endirimli qiymətin endirimsiz qiymətə nisbətini çıxmalıyıq.


6. Mənfəətin dərəcəsini hesablamaq
(Margin)

Neçə faiz mənfəət əldə etdiyimizi hesablamaq üçün, gəlirdən xərclər çıxıldıqdan sonra, nəticəni gəlirə bölmək lazımdır.


7. Faizə baxaraq ümumi məbləği hesablamaq

Məsələn, aşağıdakı misalda, “Nəyin 20%-i 3,500-dür?” sualı ilə qarşılaşsaq, 3,500-ü 20%-ə bölməklə əsas məbləği hesablaya bilərik.


8. Məbləği müəyyən faiz ilə artırmaq
(Markup)

Hər hansı bir məbləği hər hansı bir faiz dərəcəsi ilə artırmaq istəsək, həmin məbləği (1+faiz %)-nə vurmaq kifayətdir.


9. İllər üzrə ortalama artım tempini hesablamaq

İllər üzrə orta ağırlıqlı dəyişim faizini hesablamaq üçün, illər üzrə dəyişimlərin ortalamasını almaq yanlış olacaqdır.

Dəyişim % – i sütunundakı dəyərlərin ortalamasını aldıqdan sonra, 2009-cu ildən 2018-ci ilə qədər ortalama artımdır demək kritik səhv olacaqdır.

Onun əvəzinə ingilis dilində CAGR (Compound Annual Growth Rate) adlanan xüsusi formuldan istifadə etməliyik.

1 rəqəmini illərin sayına bölüb, nəticədən 1 çıxdıqdan sonra, aldığımız nəticəni ilk ilin son ilə nisbətinə qüvvət olaraq əlavə edirik.

Bu keçiddən Excel faylını endirib, formulları analiz edə bilərsiniz – Nisbət Hesablamaları

Uğurlar!

The post Müxtəlif nisbət (faiz) hesablamaları necə aparılmalıdır? first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/12/muxt%c9%99lif-nisb%c9%99t-faiz-hesablamalari-nec%c9%99-aparilmalidir/feed/ 0
Power Pivot & DAX #23 – Təqvim Cədvəlinin genişləndirilməsi https://excel.az/2019/12/power-pivot-dax-23-t%c9%99qvim-c%c9%99dv%c9%99linin-genisl%c9%99ndirilm%c9%99si/ https://excel.az/2019/12/power-pivot-dax-23-t%c9%99qvim-c%c9%99dv%c9%99linin-genisl%c9%99ndirilm%c9%99si/#respond Tue, 03 Dec 2019 06:36:49 +0000 https://excel.az/?p=5766 DAX haqqındakı bir öncəki yazıda (Power Pivot & DAX #22), Təqvim Cədvəlinin nə olduğu və 4 fərqli yolla hazırlanma üsullarından bəhs etmişdik. Bundan əlavə, təqvim cədvəlinin başlanğıcda, arxa-arxaya sıralanmış günlər …

The post Power Pivot & DAX #23 – Təqvim Cədvəlinin genişləndirilməsi first appeared on Excel.Az.

]]>
DAX haqqındakı bir öncəki yazıda (Power Pivot & DAX #22), Təqvim Cədvəlinin nə olduğu və 4 fərqli yolla hazırlanma üsullarından bəhs etmişdik. Bundan əlavə, təqvim cədvəlinin başlanğıcda, arxa-arxaya sıralanmış günlər olan tək bir sütun olduğunu da vurğulamışdıq. Lakin, bəsit tarixlərlə Power BI-da hər hansı analiz aparmaq çətin və anlamsızdır. Bu səbəblə, əldə etdiyimiz tək sütunlu bu cədvələ yeni sütunlar əlavə edərək, həmin tarixlərə aid olan ili, ayı, həftəni, maliyyə ilini, ayın adını və s. kimi vacit komponentlərin hesablanmasını öyrənəcəyik. Təqvim cədvəlimizi 01.01.2018 – 31.12.2019 periodu üçün yaradaq. DAX formulumuz aşağıdakı kimi olacaqdır:

Power BI-dakı cədvəlimiz hazır olaraq qarşımıza çıxacaqdır.

Bundan sonrası isə, bizə lazım olacağını düşündüyümüz yeni sütunların, bu cədvələ əlavə edilməsi məqsədini daşıyacaqdır.


1. Tarixə aid ilin əlavə edilməsi – YEAR funksiyası

Hər hansı bir cədvələ yeni sütun əlavə etmək üçün (Calculated Column), menyudan Modeling >> New Column seçirik.

Daha sonra, DAX funksiyalarımızda YEAR ilə hər tarixə aid ili hesablayırıq.


2. Ay nömrəsinin hesablanması – MONTH funksiyası

Növbədə, hər tarixə aid ay nömrəsinin hesablanmasındadır. İrəliki addımlarda, aylar üzrə müqayisə aparmaq istəyəcəyimizdə, və ya ayları Slicer Filter daxilinə əlavə edəcəyimizdə faydası toxunacaqdır. Bu dəfə də menyudan Modeling >> New Column seçirik.


3. Ayın adının yazılması – FORMAT funksiyası

Ayın sıra nömrəsinin hesablanmasından savayı, biz tək bir formul ilə, həmin ayın adının yazılmasına da nail ola bilərik. Beləcə, həm filterlərdə, həm də diaqram və qrafiklərdə ayın sıra nömrəsi əvəzinə, hər zaman o ayın adı əks olunmuş olacaqdır.

Menyudan bir daha Modeling >> New Column seçdikdən sonra, FORMAT funksiyasından istifadə edirik.

FORMAT funksiyası, Excel-dəki TEXT funksiyasının ekvivalentidir. İlk komponent olaraq datanı daxil etdikdən sonra, ikinci komponentində onun formatını müəyyən edirik. Custom formatlarla bağlı daha ətraflı Microsoft-un materiallarından tanış ola bilərsiniz:


4. Həftə nömrəsinin hesablanması – WEEKNUM funksiyası

Həftə nömrəsini hesablamaq, Excel-dən də tanıdığımız WEEKNUM funksiyası vasitəsilə olacaqdır.

Burada əlavə olaraq CONCATENATE funksiyasından istifadə etməyimizin səbəbi, həftə nömrəsinin qarşısına W (week) hərfinin gətirilməsidir. Yəni, sadə həftə nömrələri əvəzinə (1, 2, 3, …, 52), qarşısında hərf olan həftə nömrələri (W1, W2, W3, …, W52) daha rahat anlaşılacaqdır.


5. Kvartalın hesablanması – FORMAT funksiyası

Kvartal nömrəsini hesablamaq üçün də, bir daha FORMAT funksiyasından istifadə edəcəyik. Lakin, bu dəfə, tarixlər olan sütun seçildikdən sonra, format hissəsində “Q” yazacağıq.

Bu formul bizə adı 1-dən 4-ə qədər rəqəmlər verəcəkdir, lakin bu rəqəmlərin qarşısına “Q” hərflərini əlavə etməmiz, onları daha anlaşılan edəcəkdir. Bu dəfə fə CONCATENATE funksiyasının yardımından istifadə edəcəyik.


6. Tarixin Həftə sonu / Həftə içi olduğunun müəyyən edilməsi – WEEKDAY funksiyası

WEEKDAY funksiyası ilə Excel-dən də tanışıq, istənilən tarixin həftə daxilindəki nömrəsini hesablamağa yarayır. Bazar ertəsi – 1, Çərşənbə axşamı – 2, Bazar – 7 və s. formatında.

Yazacağımız formul isə aşağıdakı kimi olmalıdır:

Müəyyən etdiyimiz alqoritm çox sadədir:

  1. Günləri bir-bir yoxlayıb, gün nömrələrinin 6 və ya 7 olub-olmadığını test edirik,
  2. 6 və ya 7 isə “no”, yəni həftəiçi olmadığını, deyilsə “yes”, yəni həftəiçi bir gün olduğunu qeyd etməsini istəyirik.

Bu “Yes” və “No”-ları daha sonra həm filterlərdə, həm də həftəiçi / həftəsonu satışlarının qruplaşdırılmasında istifadə edə biləcəyik.


7. Ayın gününün hesablanması – DAY funksiyası

Eynilə, il və ay nömrələrinin hesablanmasında olduğu kimi, DAY funksiyası da istənilən tarixə aid günün nömrəsini verir.

Ay daxilində günlər üzrə analiz aparmaq istəyənlər üçün çox faydalı olacaqdır.

Yekunda, çox vacib bir nyuansı da qeyd etmək lazımdır. Power BI və Power Pivot-da tarix xarakterli hər hansı bir məlumat istifadə etmək lazım olduqda, mütləq və mütləq sadəcə Təqvim Cədvəlindəki sütunlardan istifadə edilməlidir. Bu mövzuda heç bir istisnaya yol vermək olmaz!


Uğurlar!

The post Power Pivot & DAX #23 – Təqvim Cədvəlinin genişləndirilməsi first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/12/power-pivot-dax-23-t%c9%99qvim-c%c9%99dv%c9%99linin-genisl%c9%99ndirilm%c9%99si/feed/ 0
Power Pivot & DAX #22 – Təqvim cədvəlinin qurulması (Calendar Table) https://excel.az/2019/11/power-pivot-dax-22-t%c9%99qvim-c%c9%99dv%c9%99linin-qurulmasi-calendar-table/ https://excel.az/2019/11/power-pivot-dax-22-t%c9%99qvim-c%c9%99dv%c9%99linin-qurulmasi-calendar-table/#respond Fri, 29 Nov 2019 18:47:05 +0000 https://excel.az/?p=5704 Təqvim cədvəlləri istənilən data modellərində fundamental əhəmiyyət daşıyır, çünki dataların bir-biri ilə olan əlaqələrinin analizindən başqa, eyni datanın zaman içərisində necə dəyişdiyi də əhəmiyyətlidir. Bu səbəblə, hər data modelə aid …

The post Power Pivot & DAX #22 – Təqvim cədvəlinin qurulması (Calendar Table) first appeared on Excel.Az.

]]>
Təqvim cədvəlləri istənilən data modellərində fundamental əhəmiyyət daşıyır, çünki dataların bir-biri ilə olan əlaqələrinin analizindən başqa, eyni datanın zaman içərisində necə dəyişdiyi də əhəmiyyətlidir. Bu səbəblə, hər data modelə aid düzgün Təqvim Cədvəlinin qurulması kritik önəmə sahibdir.

Qısaca, Təqvim Cədvəli nədir? – Data modeldə yer alan ən kiçik tarix ilə ən böyük tarix arasındakı hər günə aid tarixlərin sıralandığı bir sütundur. Bu sütundan daha sonra zamana aid bir çox yeni sütun əlavə edilməkdədir. Amma başlanğıc nöqtəsi hər zaman tək bir sütundur.


Burada kritik əhəmiyyət daşıyan nyuans – bu diapazondakı tarixlərin kəsintisiz arxa-arxaya gəlmə zərurətidir. Arada unudulan heç bir tarix olmamalıdır (bu daha çox manual data əlavə edildiyi zaman rastlanan bir xətadır). Əks halda, data modelimiz işləməyəcəkdir.

Təqvim cədvəlini 4 fərqli yolla qura bilərik:


1. Excel-dən import edərək

Bu, məsələnin ən yalın və güvənilir olmayan bir həll yoludur. Çünki, zaman keçdikcə, tarixləri Excel-də manual olaraq yenilədikdən və yeni tarixləri əlavə etdikdən sonra, Query ilə Power BI-ya import etmək məcburiyyəti vardır. Və bu, hər yeniləmədə təkrarlanmaqdadır.

Tarixləri bu şəkildə alt-alta yazdıqdan sonra, Power BI daxilindəki Power Query vasitəsilə bu məlumatı çəkə bilərik. Lakin, Excel faylı o və ya bu səbəbdən silinsə, bu tarixlər olan cədvəl səhvliklə sətirlərini itirsə, o halda Power BI-dakı bütün data modelimiz çökəcəkdir. Bu səbəblə, bu yol çox da güvənilir bir yol deyil.


2. CALENDARAUTO funksiyası ilə

Birinci üsuldakı mənfi tərəfləri nəzərə alaraq, Power BI daxilində tamamilə dinamik bir təqvim hazırlamaq imkanımız vardır. Bu imkanın adı – CALENDARAUTO funksiyasıdır.

Menyudan Modeling >> New Table seçdikdən sonra, formul çubuğunda yeni cədvəlin Table= olaraq əmələ gəldiyini görürük.

Cədvəlimizin adını TəqvimCədvəli olaraq dəyişirik:

Funksiyanın cəmi 1 komponenti var: Maliyyə ilinin son ayının sıra nömrəsini müəyyən etmək. Yəni, ilimiz İyul-İyun dövrünə aiddirsə, o zaman 6 (yəni iyunun maliyyə ilinin son ayı olduğunu qeyd edirik), Yanvar-Dekabr aralığında isə 12 yazırıq.

Mən, maliyyə ilimizin ənənəvi Yanvar-Dekabr dövrünə təsadüf etdiyini fərz edir və həmin dövrün son ayı olan Dekabrın sıra nömrəsi olan 12-ni funksiya daxilinə əlavə edirəm. Enter düyməsinə basdıqdan sonra, modelimizdəki ilk tarixdən, ən son tarixə qədər olan bütün günlərin tarixləri alt-alta sıralanacaqdır. Hər hansı bir gün satış etməmiş olsanız belə, həmin tarix bu sıralamada öz yerini alacaqdır.

Bu üsulun mənfi tərəfi odur ki, məsələn, model daxilindəki fərqli bir cədvəldə işçilərə aid hər hansı bir sütunda, həmin işçilərin doğum tarixləri qeyd olunubsa (məsələn, doğum ili 1945 olan), o zaman CALENDARAUTO, o tarixi ən kiçik tarix olaraq qəbul edib, Təqvim Cədvəlimizi 1945-ci ildən etibarən formalaşdıracaqdır. Bu isə, əslində, tam istədiyimiz bir şey deyil. Bizə daha real tarixlər lazımdır. Belə olan halda isə, bu, bizi əsas həll yolu olan CALENDAR funksiyasına gətirəcəkdir.


3. CALENDAR funskiyası ilə – statik

Bu dəfə də menyudan Modeling >> New Table seçirik:

CALENDAR funksiyasını yazdıqdan sonra, 2 komponentdən ibarət olduğunu görəcəyik: Başlanğıc TarixiBitiş Tarixi.

Bu tarixləri manual olaraq, yalın bir şəkildə yaza bilərik:

Görürük ki, CALENDAR funksiyasının daxilindəki komponentləri DATE funksiyası ilə əlavə etdik. DATE funksiyası çox sadə bir funksiya olmaqla bərabər, komponent olaraq, il nömrəsi, ay nömrəsi və gün nömrəsini almaqdadır. Formulu yazıb Enter düyməsinə basdıqdan sonra, yeni Təqvim Cədvəlimiz hazır olmuş olacaqdır.

Lakin, bu, statik bir cədvəldir. Son üsulda, bu cədvəli dinamik hala gətirəcəyik.


4. CALENDAR funksiyası ilə – dinamik

CALENDAR funksiyası ilə illəri 2018 və 2019 olaraq daxil etməyimizin ən böyük mənfi tərəfi odur ki, zaman keçdikcə, biz 2020-ci ilə gəldiyimizdə, funksiyanın içində Bitiş Tarixi olaraq 2019-cu il olduğuna görə, yeni ilə aid heç bir tarix nəzərə alınmayacaqdır. Nəzərə ala bilməsi üçün, funksiyaya daxil olub, ili bir daha dəyişməliyik. Bu cür manual işlərin qarşısını almaq üçün CALENDAR funksiyasındakı illəri aşağıdakı kimi dəyişməliyik:

İzlədiyimiz məntiq son dərəcə bəsitdir:

  1. Əsas datamız olan SalesData cədvəlindəki [Date] sütunundakı ən kiçik dəyərin ilini Başlanğıc Tarixinin ili,
  2. SalesData cədvəlindəki [Date] sütunundakı ən böyük dəyərin ilini isə Bitiş Tarixinin ili olaraq nəzərə alacaqdır.

Beləliklə, modelimizə yeni tarixlər daxil olduqca, hər dəfə model işə düşdükdə DAX motoru, tarixlərin ən böyüyünü tapacaq və onun ilini CALENDAR funksiyasındakı Bitiş Tarixinin ili olaraq əlavə edəcəkdir. Və hər şey bizim müdaxiləmiz olmadan, arxa fonda avtomatik qaydada baş verəcəkdir.


YEKUN – Dinamik CALENDAR funksiyasının digər 3 üsuldan üstünlükləri

  1. vs. Excel – Heç bir xarici təsirdən asılı olmadan, modelin daxilindəki tarixlər əsasında formalaşması
  2. vs. CALENDARAUTO – Sadəcə müəyyən edilən sütundakı tarixləri nəzərə alması
  3. vs. Statik CALENDAR – Başlanğıc və Bitiş tarixlərinin model tərəfindən müstəqil şəkildə yenilənməsi.

Uğurlar!

The post Power Pivot & DAX #22 – Təqvim cədvəlinin qurulması (Calendar Table) first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/11/power-pivot-dax-22-t%c9%99qvim-c%c9%99dv%c9%99linin-qurulmasi-calendar-table/feed/ 0
Power Pivot & DAX #21 – Dəyişkənlər (Variables) https://excel.az/2019/11/power-pivot-dax-21-d%c9%99yisk%c9%99nl%c9%99r-variables/ https://excel.az/2019/11/power-pivot-dax-21-d%c9%99yisk%c9%99nl%c9%99r-variables/#respond Fri, 29 Nov 2019 17:06:50 +0000 https://excel.az/?p=5665 Variables (Dəyişkənlər) dedikdə, uzun formulların, sadə adlarla adlandırıldığı, formulu oxuyan/audit və debug edən, xəta baş verəcəyi zaman, nəyin harada səhv olduğunu anlamağı dəfələrlə asanlaşdıran bir imkandan bəhs edirik. Məsələn, aşağıdakı …

The post Power Pivot & DAX #21 – Dəyişkənlər (Variables) first appeared on Excel.Az.

]]>
Variables (Dəyişkənlər) dedikdə, uzun formulların, sadə adlarla adlandırıldığı, formulu oxuyan/audit və debug edən, xəta baş verəcəyi zaman, nəyin harada səhv olduğunu anlamağı dəfələrlə asanlaşdıran bir imkandan bəhs edirik. Məsələn, aşağıdakı DAX formulu, sadə olmasına baxmayaraq, çox uzun və audit edilməsi çətin bir uzunluqdadır (bundan dəfələrlə qəliz DAX formulları olduğunu da unutmayaq):

Bu cür uzun formulları hissələrə bölüb, o hissələrin hər birini məntiqli şəkildə adlandırmaqla, həm formulun oxunmasını asanlaşdıra, həm də audit edilməsini yüngülləşdirə bilərik. Bu, bir az da Excel-dəki Adlandırılmış Diapazonlara (Named Ranges) oxşayır.


VARIABLES (Dəyişkənlər)

Bunu etmədə bizə DAX-dakı Dəyişkənlər kömək edəcəkdir. Tək etməli olduğumuz, istənilən formula məntiqli bir ad tapmaqdır.

Fərz edək ki, məhsulların mənfəətini hesablamaq istəyirik. Öncə, həmin məhsula aid gəlir məbləğini, daha sonra isə maya dəyərini ayrı-ayrılıqda hesablamalıyıq (SUMX funksiyası haqqında daha ətraflı Power Pivot #7 – SUMX funksiyası):

DAX formulu 2: Ümumi gəlirin hesablanması

Formul nəyi hesablayır?

SalesData cədvəlindəki hər bir sətrə aid satılan məhsul sayını (Units sold), məhsulun satış dəyəri (Sales price per unit) ilə vurur və əldə etdiyi bütün nəticələri sətirbəsətir cəmləyir.


Eyni məntiqlə, məhsulların maya dəyərlərini aşağıdakı DAX formulu ilə yazırıq:

DAX formulu 3: Maya dəyərinin hesablanması

Formul nəyi hesablayır?

SalesData cədvəlindəki hər bir sətrə aid satılan məhsul sayını (Units sold), məhsulun maya dəyəri (Cost per unit) ilə vurur və əldə etdiyi bütün nəticələri sətirbəsətir cəmləyir.


Nəticə etibarilə, Total Sales – Total COGS formulu yazdıqda isə, mənfəəti hesablamış oluruq.

Bu 3 addımda etdiyimizi, gəlin, bu dəfə Variables vasitəsilə yazaq:

DAX formulu 4: Variables vasitəsilə 3 addımlıq əməliyyatın sadələşdirilməsi


Variables yazmanın qaydaları

  1. Variables hər zaman Measure adından sonra VAR sözü ilə başladıqdan sonra, həmin dəyişkənə aid formul müəyyən edilir. Fikir verirsinizsə, biz 2 yeni variable təyin etdik – TotalSalesTotaCOGS. Hər birinin düsturu, daha yuxarıdakı DAX formulları ilə birəbir eynidir.
  2. Variables hər zaman RETURN komandası ilə yekunlaşır.

Bu o deməkdir ki, VAR olaraq müəyyən etdiyimiz hər bir uzun formula qısa adlar verilir, məsələn DAX-ın TotalCOGS olaraq anlayacağı komanda əslində = SUMX(SalesData, [Units sold] * [Cost per unit]) formuludur. VAR ilə bu iki dəyər bərabərləşdikdən sonra, DAX üçün hər ikisi tamamilə eyni mənaya gələcək və uzun formul əvəzinə, çox qısa lakin anlaşılan dəyər olan TotalCOGS istifadə edəcəyik.


Yuxarıda misal olaraq verdiyimiz hesablamaların çox daha qəliz və uzunlarını DAX praktikasında sıxlıqla görürük. Bütün uzun formulları müəyyən komponentlərinə ayırıb dəyişkən olaraq adlandırdıqdan sonra, onları formullarımızda istifadə edə bilərik.

Uğurlar!

The post Power Pivot & DAX #21 – Dəyişkənlər (Variables) first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/11/power-pivot-dax-21-d%c9%99yisk%c9%99nl%c9%99r-variables/feed/ 0
VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi https://excel.az/2019/11/vlookup-funksiyasindaki-son-komponentin-true-false-vacibliyi/ https://excel.az/2019/11/vlookup-funksiyasindaki-son-komponentin-true-false-vacibliyi/#respond Sat, 16 Nov 2019 09:53:19 +0000 https://excel.az/?p=5624 VLOOKUP funksiyasından o qədər çox istifadə etmişik ki, onun ən vacib komponenti olan, sondakı TRUE / FALSE komponentinin hansı anlam daşıdığı haqqında heç vaxt düşünməmişik. Halbuki, funksiyanın bəlkə də ən …

The post VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi first appeared on Excel.Az.

]]>
VLOOKUP funksiyasından o qədər çox istifadə etmişik ki, onun ən vacib komponenti olan, sondakı TRUE / FALSE komponentinin hansı anlam daşıdığı haqqında heç vaxt düşünməmişik. Halbuki, funksiyanın bəlkə də ən kritik əhəmiyyətə malik hissəsi məhz odur.


1. Sıralanmış siyahılarda VLOOKUP

Nə qədər qəribə səslənsə də, axtarılan dəyərə aid diapazonun əlifba sırasına görə sıralanıb-sıralanmaması, nəticəyə ciddi təsir göstərəcəkdir. Məsələn, yuxarıdakı misalımızda, saat markaları əlifba sırasına görə sıralanmışdır və belə olan halda, gəlin, TRUE və ya FALSE komponentinin hansı nəticəni verəcəyinə baxaq.


FALSE (Exact match) = İlk nəticə

Son komponent olaraq FALSE, və ya sıfır yazsaq, kriteriyanı təmin edən ilk nəticə görüntülənəcəkdir. Bu, VLOOKUP funksiyasının alışıq olduğumuz, ənənəvi istifadə qaydasıdır.


TRUE (Approximate match) = Son nəticə

TRUE/FALSE komponenti ümumiyyətlə daxil edilməsə, Excel avtomatik olaraq bunu TRUE, yəni 1 olaraq qəbul edəcəkdir. Və sıralanmış diapazonlarda TRUE komponenti hər zaman ən sonuncu nəticəni gətirəcəkdir.

Bir başqa deyişlə, 4-cü komponent olaraq heç nə daxil etməməklə, TRUE daxil etmək tamamilə eyni nəticələri verəcəkdir.

Məsələn, praktik bir misal ilə açıqlayası olsaq, FIFO (First-In, First-Out) sistemi ilə ehtiyatları qiymətləndirən şirkətlər 4-cü komponent olaraq FALSE, LIFO (Last-In, First-Out) sistemi ilə işləyənlər isə, TRUE komponentindən istifadə etməklə, eyni mala aid birdən çox dəyər olduğu halda, ən birinci və ya ən sonuncu dəyərin nə olduğunu müəyyən edə bilərlər.


2. Sıralanmamış siyahılarda VLOOKUP

Əlifba sırasına görə sıralanmamış diapazonlarda FALSE komponenti hər zaman kriteriyanı təmin edən ilk nəticəni gətirəcəkdir.

Əlifba sırasına görə sıralanmamış diapazonlarda TRUE komponenti isə, bir az təhlükəlidir, çünki əksər hallarda səhv nəticə ilə qarşı-qarşıya olacağıq.

Yuxarıdakı misaldan da görürük ki, Patek Philippe saat markasını sıralanmamış diapazon daxilində TRUE (yəni 1) komponenti ilə axtarsaq, o zaman o markaya aid olmayan bir dəyərlə qarşılaşacağıq. Formul bizə 150 nəticəsini verdi, halbuki o saata aid cəmi 2 dəyər var: 100 və 130.


NƏTİCƏ

Nəticə olaraq, əsas 2 prinsip nəzərdə tutulmalıdır:

1. Məcbur qalmadıqca, 4-cü komponent olaraq hər zaman FALSE (və ya 0) istifadə edilməlidir.

2. Məcbur TRUE komponentindən istifadə etməli olduqda isə, axtarılan dəyərin içində olduğu diapazonun məntiqi ardıcıllıqla sıralanmış olmalı olduğudur.


Uğurlar!

The post VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/11/vlookup-funksiyasindaki-son-komponentin-true-false-vacibliyi/feed/ 0
Excel faylının içinə Excel faylı yerləşdirmək https://excel.az/2019/10/excel-faylinin-icin%c9%99-excel-fayli-yerl%c9%99sdirm%c9%99k/ https://excel.az/2019/10/excel-faylinin-icin%c9%99-excel-fayli-yerl%c9%99sdirm%c9%99k/#respond Mon, 21 Oct 2019 17:25:15 +0000 https://excel.az/?p=5602 Nə qədər qəribə səslənsə də, istənilən Excel faylının içinə başqa bir Excel faylı yerləşdirmək mümkündür (embed). Sadəcə Excel deyil, digər formatlı faylları da yerləşdirə bilərik. Bunun üçün, aşağıdakı sadə prosedurları …

The post Excel faylının içinə Excel faylı yerləşdirmək first appeared on Excel.Az.

]]>
Nə qədər qəribə səslənsə də, istənilən Excel faylının içinə başqa bir Excel faylı yerləşdirmək mümkündür (embed). Sadəcə Excel deyil, digər formatlı faylları da yerləşdirə bilərik. Bunun üçün, aşağıdakı sadə prosedurları yerinə yetirmək kifayət edəcəkdir. Menudan Insert >> Text >> Object seçərək əməliyyatımıza başlayırıq.

Qarşımıza çıxacaq Object dialoq qutusundan Create from File >> Browse seçirik.

Lazım olan müvafiq faylı seçib OK düyməsinə basdıqdan sonra Excel faylımızın içində, embed etdiyimiz faylı təmsil edən qara çərçivəli bir skrin görəcəyik.

Üzərinə klikləyib, kənarlarından dartıb, istəyimizə uyğun ölçüsünü düzənləyə bilərik. Üzərinə 2 dəfə kliklədiyimizdə isə (double-click), embed etdiyimiz Excel faylını açmış olacaq.

Bundan əlavə, Insert >> Text >> Object dialoq qutusunun Create New bölməsinə daxil olduqda isə, frəqli növ formatda faylları da Excel faylımızın içinə yerləşdirə bilərik.

Uğurlar!

The post Excel faylının içinə Excel faylı yerləşdirmək first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/10/excel-faylinin-icin%c9%99-excel-fayli-yerl%c9%99sdirm%c9%99k/feed/ 0
VİDEO – Power Query ilə Hər 2 siyahıda olan dəyərlərin siyahısını hazırlamaq https://excel.az/2019/09/video-power-query-il%c9%99-h%c9%99r-2-siyahida-olan-d%c9%99y%c9%99rl%c9%99rin-siyahisini-hazirlamaq/ https://excel.az/2019/09/video-power-query-il%c9%99-h%c9%99r-2-siyahida-olan-d%c9%99y%c9%99rl%c9%99rin-siyahisini-hazirlamaq/#respond Thu, 19 Sep 2019 06:05:37 +0000 https://excel.az/?p=5590 Fərz edək ki, 2 fərqli siyahımız var, və bu siyahıların hər ikisində də yer alan dəyərləri tapmaq istəyirik. Bu videoda, bu problemi həll etmənin yolunu Power Query ilə izah etmişik

The post VİDEO – Power Query ilə Hər 2 siyahıda olan dəyərlərin siyahısını hazırlamaq first appeared on Excel.Az.

]]>
Fərz edək ki, 2 fərqli siyahımız var, və bu siyahıların hər ikisində də yer alan dəyərləri tapmaq istəyirik. Bu videoda, bu problemi həll etmənin yolunu Power Query ilə izah etmişik

The post VİDEO – Power Query ilə Hər 2 siyahıda olan dəyərlərin siyahısını hazırlamaq first appeared on Excel.Az.

]]>
https://excel.az/2019/09/video-power-query-il%c9%99-h%c9%99r-2-siyahida-olan-d%c9%99y%c9%99rl%c9%99rin-siyahisini-hazirlamaq/feed/ 0