Bu təlimat CKAN 2.10.7 Overview sənədinə əsaslanaraq hazırlanmış və “Açıq Məlumatlar” portalının məlumat idarəetmə sistemindən istifadə edən iştirakçılar üçün nəzərdə tutulmuşdur. Təlimatda iştirakçıların yerinə yetirəcəyi bütün əməliyyatlar ətraflı izah edilmişdir. Bu, onların məlumatların paylaşılması və idarə olunması prosesini effektiv və düzgün şəkildə icra etməsinə kömək edəcək.
Açıq Məlumatlar Əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş məlumatlardır "Açıq Məlumatlar" portalı ictimaiyyət üçün açıq olan məlumatların toplanması, idarə olunması və paylaşılması üçün rəqəmsal platformadır. Portal şəffaflığı artırır, məlumatlardan istifadəyə şərait yaradır və innovasiyalara dəstək verir. Adətən Məlumat idarəetmə sistemi (CKAN) əsasında işləyir və müxtəlif formatlarda məlumat təqdim edir.
Aşağıdakı cədvəl sizə portalda yer alan Anlayışlar və biznes terminləri haqqında ümumi məlumat verir.
| Əsas anlayışlar | Açıqlama |
|---|---|
| Dataset (Məlumat Dəsti) | Müəyyən bir mövzuya aid məlumatların toplusu. Məsələn, bir bölgənin cinayət statistikası və ya hökumət departamentinin xərcləri haqqında məlumatlar. |
| Metadata (Metaməlumatlar) | Məlumatı izah edərək həmin məlumatın əlçatanlığının təmin edilməsinə xidmət edən məlumatlar. |
| Resource (Resurs) | Məlumat dəstindəki faktiki məlumat faylları və ya məlumat mənbələri. Bu fayllar CSV, Excel formatları (XLS, XLSX), XML, PDF və ya digər formalarda ola bilər. |
Məlumat idarəetmə sistemində aşağıdakı əsas bölmələr yer alır.
| Bölmə | Açıqlaması |
|---|---|
| Datasets (Məlumat dəstləri) | Datasets bölməsində məlumat idarəetmə sistemində yer alan bütün Məlumat dəstlərini görə və İştirakçı mövcud olduğu təşkilatın məlumat dəstləri üzərində roluna uyğun əməliyyatlar apara bilər |
| Organizations (Təşkilatlar) | Hər bir Məlumat dəsti bir təşkilata aiddir və onu həmin təşkilat idarə edir. Hər bir təşkilatda qeyd etdiyim iştirakçı rolları mövcuddur: Admin, Editor və Member. |
| Groups (Kateqoriyalar) | Bu bölmə idarə etmə sistemində olan məlumat dəstlərinin kolleksiyalarını (kateqoriyalarını) yaratmaq və idarə etmək üçün istifadə olunur. |
| Data Requests (Məlumat Sorğuları) | Məlumat sorğusu (data request) bir təşkilatdan müəyyən məlumatın açıqlanması yönündə olan müraciətlərin toplandığı bölmədir. |
| Showcase (İstifadə Nümunələri) | Bu bölmə, məlumat dəstlərinin tətbiq olunma nümunələrini təqdim edir. |
Bu bölmədə məlumat dəsti üzəridə edilən yeniləmələri dair xronoloji ardıcıllıq və həmçinində yeniləməni edən İştirakçının adı portal istifadəçilərinə görünür. Bu səbəblə İştirakçı adı və digər məlumatlar düzgün qeyd olunmalıdır.
- İştirakçıya göndərilən dəvət mesajında verilən linkə daxil olun.
- İştirakçı adı (Username) olaraq İştirakçının adı və soyadı qeyd olunmalıdır.
- Şifrənizi (Password) təyin edin və Şifrəni təsdiq edin (Confirm).
- Şifrəni yeniləyin (Update Password) butonuna klikləyərək hesabı aktivləşdirin.
- Məlumat İdarəetmə sistemi link vasitəsilə idarəetmə sisteminə keçid edin.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sistemində Daxil ol (Log in) butonuna klikləyin.
- Istifadəçi adı (Username) və ya elektron poçt (e-mail) və şifrə (password) daxil edin.
- Daxil olun (Login) butonuna klikləyib daxil olun.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Profil parametrləri (Profile Settings) bölməsinə keçid edin.
- Aşağıda verdiyim cədvəldəki məlumatları əlavə edə və ya dəyişdirə bilərsiniz.
| Data | Məlumat | Açıqlaması |
|---|---|---|
| * Full name | * Tam ad | İştirakçının ad və soyad yazılmalıdır (zəruridir). |
| * E-poçt | İştirakçının Elektron poçt ünvanı yerləşir (zəruridir). | |
| * About | * Haqqında | İştirakçının təmsil etdiyi qurumdakı struktur bölməsi və vəzifəsi və.s haqqında məlumat verilsin. |
| Profile picture | Profil şəkli | İştirakçı öz şəkilini bura yerləşdirə bilər. |
- Old Password hissəsinə cari şifrənizi yazın.
- Profili yeniləyin (Update Profile) hissəsinə klik edərək İştirakçı profilinin redaktəsini tamamlaya bilərik.
Bu bölmədə məlumat dəsti üzəridə edilən yeniləmələri dair xronoloji ardıcıllıq və həmçinində yeniləməni edən İştirakçının adı portal istifadəçilərinə görünür. Bu səbəblə İştirakçı adı və digər məlumatlar düzgün qeyd olunmalıdır.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Profil parametrləri (Profile Settings) bölməsinə keçid edin.
- Old Password hissəsinə cari şifrənizi yazın.
- Pasword və Confirm Password hissəsinə yeni şifrənizi yazın.
- Profili yeniləyin (Update Profile) hissəsinə klik edərək İştirakçı profilinin şifrə yeniləmə prosesini tamamlayın.
Üzv Təşkilatın private və public (məlumat idarəetmə sistemindən əlçatan olan) məlumat dəstlərini görə bilər.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəstləri (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəsti (Dataset) hissəsində qeyd edilən metaməlumatlara baxa biləriniz.
- Kateqoriya (Group) hissəsində məlumat dəstinin aid olduğu kateqoriyaları baxa bilərsiniz.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəstləri (Datasets) bölməsinə klikləyin.
- Explore hissəsindən əlavə məlumat (More information) hissəsinə daxil olaraq resurs haqqında olan metaməlumatlara baxa bilərsiniz.
- Əgər Resursun özünə baxmaq istəsəniz Explore hissəsindən resursa keç (go to resource) və ya yükləyə (Download) klikləyərək baxa bilərsiniz
Məlumat redaktoru aşağıdakı öhdəlikləri vardır.
- Təşkilatın private və public (məlumat idarəetmə sistemindən əlçatan olan) məlumat dəstlərini görə bilər.
- Təşkilata yeni Məlumat dəstləri əlavə edə bilər.
- Təşkilatdakı istənilən Məlumat dəstini redaktə və ya silə bilər.
- Məlumat dəstləri public və ya private edə bilər.
Məlumat dəstləri həmin məlumat dəstini əlavə edən Təşkilat tərəfindən idarə olunur. Sadəcə Kateqoriyalara əlavə edilməsi İRİA tərəfindən idarə edilir. Bu səbəblə iştirakçılar bu Kateqoriyalar bölməsində hər hansı bir əməliyyat aparmamalıdır.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəstləri (Datasets) bölməsinə klikləyin.
- Yeni Məlumat dəsti əlavə edin.
- Məlumat dəsti əlavə et (Add Dataset) düyməsini seçin.
- Aşağıda verilmiş cədvəl əsasında Məlumat dəstinə aid zəruri metaməlumatları daxil edin(Nəzərə alınki, bu məlumatlar Açıq məlumatlar portalının istifadəçiləri tərəfindən görüntülənəcək).
| Metaməlumat (ingiliscə) | Metaməlumat (Azərbaycanca) | Açıqlaması |
|---|---|---|
| * Title | * Məlumat dəstinin adı | Məlumat dəstinə aid təsviri bir başlıq. |
| * URL | * URL | URL avtomatik olaraq yaradılır, Əgər dəyişmək istəsəniz, başlığa uyğun URL'i dəyişə bilərsiniz, URL ingilis simvolları ilə Azərbaycan dilində maksimum simvol uzunluğu 100 olacaq şəkildə yazılmalıdır. Məsələn, Başlıq: Torpaq sürüşməsi sahələri. URL: "torpaq-surusme-saheleri" və ya "surusme-saheleri" |
| * Description | * Məlumat dəstinin açıqlaması |
Başlıqdan fərqli insanların məlumat dəstindən istifadə edərkən bilməli olduğu hər hansı faydalı qeydlər.
|
| * Tags | * Etiketlər | Tag, məlumat dəstini təsvir etmək və axtarışı asanlaşdırmaq üçün verilən açar sözlərdir. Etiketlər məlumat dəstinin başlığına və açıqlamasına uyğun Azərbaycan dilində yazılmalıdır. Məsələn: "Sürüşmə sahələri", "Torpaq sürüşməsi koordinatları" |
| * License | * Lisenziya |
Lisenziya iştirakçılara həmin məlumat dəstinin istifadəsi, paylaşılması və yenidən işlənməsi ilə bağlı hüququ və məhdudiyyətləri bildirir. Lisenziyalar və onların növləri barəsində 1.3.1.4 bölməsindən daha çox məlumat əldə edə bilərsiniz. |
| * Organization | * Təşkilat | Məlumat dəstini idarə edən təşkilat. |
| * Visibility | * Görünürlük |
Görünürlük hissəsində iki seçim vardır. Private: yalnız məlumat idarəetmə sistemində məlumat dəsti əlçatan olur. Public: Məlumat dəsti həmçinin “Açıq məlumatlar” portalında iştirakçılar tərəfindən də əlçatan olur. Məlumat dəstini bizim əməkdaşlar rəy vermədən öncə public etməyin! |
| Source | Mənbə | Əgər paylaşılan məlumat dəsti Məlumatı açıqlayan Təşkilatın vebsaytında və.s yer alırsa burada həmin link yerləşdirilə bilər. Bu link sayəsində Açıq məlumatlar portalının istifadəçiləri təşkilatın səhifələrinə keçid edə və axtarış motorunda təşkilatın səhifəsini önə çıxarda bilər. |
| * Version | * Versiya | Məlumat dəstinin cari versiyası. Məlumat dəstini ilk dəfə yükləyirsinizsə "1.0" qeyd olunur, daha sonra versiyanı dəyişmək üçün təlimatda 1.3.1.3. qeyd olunan versiyalandırma məntiqindən istifadə edə bilərsiniz |
| * Author | * Müəllifin Adı | Məlumatlardan cavabdeh olan şəxs və ya təşkilatın adı. Zəruri deyil. |
| * Author Email | * Müəllifin e-poçtu | Məlumatlardan cavabdeh olan şəxsin və ya təşkilatın elektron poçt ünvanı. Zəruri deyil. |
| * Maintainer | * Maintainerin adı | Məlumatlara cavabdeh olan ikinci şəxs. Zəruri deyil. |
| * Maintainer Email | * Maintainerin e-poçtu | Məlumat dəstinə cavabdeh ikinci şəxslə əlaqə üçün e-poçt ünvanı. Zəruri deyil. |
- Məlumat əlavə et (Add Data) düyməsinə klikləyərək resurs yükləmə səhifəsinə keçin.
- Aşağıda verilmiş cədvəl əsasında zəruri resurs məlumatlarınızı daxil edin (Nəzərə alınki, bu məlumatlar Açıq məlumatlar portalının istifadəçiləri tərəfindən görüntülənəcək).
| Metaməlumat (İngiliscə) |
Metaməlumat (Azərbaycanca) |
Açıqlaması |
|---|---|---|
| * Data | * Məlumat |
Siz məlumat dəstinin resurslarını (mənbələrini) təyin edirsiniz. Upload və Link şəkilində iki seçim verilir. Upload: Komputerdə yer alan fayllarınız arasında seçim edirsiniz. Link: API linki şəkilində saxladığınız məlumatların linkini daxil edə bilərsiniz. Açıq məlumat dəstinin formatının seçimi haqqında 1.3.2.1. bölməsindən daha ətraflı məlumat ala bilərsiniz. Resursları əlavə edərkən diqqət etməli olduğunuz bəzi məqamlar varki, bunlarla 1.3.2.2. bölməsindən tanış ola bilərsiniz. |
| Name | Resursun adı | Resursun təsviri adı |
| Description | Resursun açıqlamaı | Resurs haqqında fərqləndirici məlumatlar. |
| * Format | * Format | Əlavə edilən mənbənin formatı qeyd olunur. Nümunə olaraq: məlumatları strukturludursa, CSV, yarı strukturlu və struktursuzdursa, JSON və ya XML kimi formatlardan istifadə edilə bilər. |
- Məlumatları yenidən nəzərdən keçirin və bitir (Finish) və ya yadda saxla və yenisini əlavə et **(Save & add another)**düyməsini basaraq əməliyyatı tamamlayın.
Məlumat dəsti private rejimdə əlavə edilməli və rəy verilməsi üçün [email protected] elektron poçtuna məlumat verilməlidir. Verilən rəyə uyğun düzəlişlər edildikdən sonra public edilə bilər.
Bəzi metaməlumat bölmələrdə 3 dildə (Az, Ru, Eng) məlumat daxil olunası tələb olunur. Hər üç dildə məlumatların daxil edilməsi zəruridir.
Məlumat dəsti əlavə edilən zaman prosesin düzgün aparılması üçün 1.3.1.2. və 1.3.2.2. bölmələrinin nəzərdən keçirmək tövsiyə olunur.
Məlumat dəstinin metaməlumatlarında yer alan başlıq və açıqlamaları ilə resurs əlavə edərkən yazılmalı olan ad və açıqlamadan fərqlidir. Resursa bu ad və açıqlamanı məlumat dəsti ilə bağlı fərqli strukturda amma həmin məlumat dəstinə aid resurslar olduqda edirik. Aşağıdakı nümunəyə nəzər salaq.
Başlıq: İctimai nəqliyyat dayanacaqlarının yerləşməsi və infrastrukturu Açıqlama: Bu məlumat dəsti Bakı və Sumqayıt şəhərlərində ictimai nəqliyyat dayanacaqlarının dəqiq coğrafi koordinatlarını, dayanacaq növlərini və infrastruktur elementlərini ehtiva edir. Məlumatlar açıq nəqliyyat siyasətinin planlaşdırılması və vətəndaşlar üçün rahat nəqliyyat xidmətlərinin təmin edilməsi məqsədilə təqdim olunur.
Açıqlama: Bu resurs Bakı şəhərindəki bütün avtobus dayanacaqlarının GPS koordinatlarını, dayanacaq növünü (qapalı, açıq), sərnişin gözləmə yerlərinin mövcudluğunu və digər infrastruktur elementlərini əhatə edir.
Açıqlama: Bu resurs Sumqayıt şəhərindəki avtobus dayanacaqlarının yerləşdiyi əraziləri və dayanacaq məntəqələrinin adlarını ehtiva edir. Koordinatlar deyil, yalnız dayanacaq zonaları təqdim olunur.
Əksər məlumat dəstləri cədvəl şəklində yayımlanır. Açıq məlumatların keyfiyyətli olması üçün cədvəl quruluşunun əsas prinsiplərini başa düşmək vacibdir:
-
Cədvəl – sütunlar və sətirlərdən ibarət nizamlı strukturdur.
-
Hər bir sətir cədvəldə bir qeydi (məlumat vahidini) təmsil edir.
-
Hər bir sütun – sətirdən sətrə dəyişən dəyərləri özündə əks etdirir.
-
Sütun adları cədvəlin başlığında yerləşdirilir.
-
Sətirlərin və sütunların kəsişməsində xanalar yerləşir.
-
Cədvəldə birləşdirilmiş xanalar və ya əlavə başlıqlar olmamalıdır.
-
Rəng, şrift və digər mətn və xana formatlamaları məlumatın bir hissəsi hesab edilmir və verilənlərin məzmununa təsir etməməlidir.
Sütun adları latın qrafikalı hərflərlə, boşluqsuz və durğu işarələrsiz qeyd olunmalıdır. Bunun üçün aşağıdakı iki yazılış formatından istifadə olunur:
-
CamelCase – ilk söz kiçik hərflə yazılır, hər növbəti söz isə böyük hərflə başlayır, məsələn: musteriAdi, sifarisTarixi.
-
Snake_case – bütün sözlər kiçik hərflə yazılır və alt xətlə ayrılır, məsələn: musteri_adi, sifaris_tarixi.
İştiakçılar təqdim etdikləri Məlumat dəstlərdə baş verən hər bir dəyişiklik növünü Məlumat dəstinin məzmununa və təsirinə görə Xırda(PATCH), Kiçik(MINOR), və ya Böyük(MAJOR) versiyalandırma altında təsnif edilir.
| Dəyişiklik Növü | Açıqlama və Nümunələr |
|---|---|
| PATCH |
Dəyişikliklər Məlumat dəstində və ya Meta məlumatda kiçik səhvlərin düzəldilməsi üçün istifadə olunur.
Məlumat dəstinin strukturu və əsas məzmunu dəyişməz qalır, bu da iştirakçıların Məlumat dəstindən istifadə alışqanlıqlarına təsir etmir.
Nümunə:
|
| MINOR |
Dəyişikliklər Məlumat dəstinə yeni məlumat sütunu, mənbəsi əlavə etmək və ya böyük həcmdə məlumat sətirlərinin silinməsi, dəyişdirilməsi, əlavə edilməsi zamanı istifadə olunur.
Bu dəyişikliklər mövcud strukturu pozmur, yəni uyğunluq qorunur.
Nümunə:
|
| MAJOR |
Dəyişikliklər Məlumat dəstinin strukturuna təsir edən dəyişiklikləri ifadə edir.
Bu dəyişikliklərə Məlumat dəstinin bir sütunun silinməsi, formatının dəyişdirilməsi aid edilir ki, bu da iştirakçıların Məlumat dəstindən istifadə alışqanlıqlarına ciddi təsir göstərə bilər.
Nümunə:
|
1. Creative Commons Attribution (CC BY 4.0) License - Kreativ Kommons Atributlaşdırma Lisenziyası
Bu lisenziya müəllif hüquqları ilə qorunan məzmunların, o cümlədən məlumat dəstlərinin sərbəst istifadəsinə imkan yaradır və aşağıdakı şərtləri müəyyən edir:
- İstinad mütləqdir – Məlumatdan istifadə edərkən müəllif(lər)ə istinad verilməlidir. Lisenziya mətninə və ya ona keçid göstərilməlidir.
- Dəyişikliklər qeydə alınmalıdır – Əgər məlumat dəstinə əlavə, çıxarış və ya başqa dəyişikliklər edilərsə, bu, açıq şəkildə bildirilməlidir. Müəllifin rəsmi təsdiqi kimi təqdim etmək olmaz.
- Sərbəst istifadə və paylaşım – Məlumatı kommersiya məqsədilə də daxil olmaqla, istənilən məqsədlə istifadə və paylaşmaq olar.
- Uyğunlaşdırma və modifikasiya mümkündür – Məlumat dəsti redaktə edilə, başqa mənbələrlə birləşdirilə və yeni məlumat dəsti yaradıla bilər, amma müəllifə istinad şərtdir.
- Texniki dəyişikliklərə icazə verilir – Məlumat istənilən formata çevrilə bilər (CSV, SQL, JSON və s.), eləcə də müxtəlif proqramlarda istifadəsi mümkündür.
- Digər şərtləri ilə burden tanış ola bilərsiniz: Legal Code - Attribution 4.0 International - Creative Commons
2. Creative Commons Zero (CC0) License - Kreativ Kommons Sıfır Lisenziyası
- Məzmuna dair bütün hüquqlardan imtina edildiyini və onun ictimai mülkiyyətə verildiyini ifadə edir. Məzmundan istənilən məqsədlə, məhdudiyyətsiz və istinadsız istifadə etmək mümkündür.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Metaməlumatları redaktə et (Edit Metadata) bölməsini seçin.
- Dəyişmək istədiyiniz məlumatları cədvəl 2 əsasında yeniləyin.
- Bütün yenilikləri nəzərdən keçirin və dəyişiklikləri tətbiq etmək üçün Yadda saxla (Save) düyməsini basın.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstiin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Silmək (Delete) düyməsini seçin: Təsdiq dialoq pəncərəsini göstərəcək.
- Təsdiq et (Confirm) düyməsini basaraq Məlumat dəstii silmə prosesini tamamlayın.
Müxtəlif məlumat strukturları üçün fərqli fayl formatları nəzərə alınmalıdır. Əsas üç məlumat strukturu mövcuddur: cədvəl (tabular), iyerarxik (hierarchical) və şəbəkə (network).
| Məlumat Strukturu | Açıqlama |
|---|---|
| Cədvəl (Tabular) |
Məlumatların ən geniş yayılmış strukturu cədvəl formatıdır. Bu tip məlumatlar sətirlər və sütunlar şəklində təşkil edilir və ardıcıl dəyərləri ehtiva edir (məsələn, xərclər siyahısı). Əgər məlumatlar bir-biri ilə əlaqəli deyilsə və ayrı-ayrı qeydlərdən ibarətdirsə, CSV (Comma-Separated Values) kimi cədvəl formatı ən uyğun seçimdir. |
| İyerarxik (Hierarchical) |
İyerarxik məlumat strukturu məlumat nöqtələri arasındakı əlaqələri göstərir. Buna ailə ağacı, ölkələrdəki bələdiyyələr və ya təşkilati strukturlar misal ola bilər. Əgər məlumatlar valideyn-övlad münasibəti əsasında qurulub və ağacvari (tree-like) bir quruluşa malikdirsə, JSON və ya XML formatı ideal seçimdir. |
| Şəbəkə (Network) |
Şəbəkə əsaslı məlumat strukturu istənilən elementlər arasında çoxsəviyyəli əlaqələrin mövcud olmasına imkan verir. Sosial şəbəkələr bu struktura yaxşı nümunədir. Facebook dostlarınızı və onların dostlarını düşünün – burada əlaqələr müxtəlif istiqamətlərdə mövcuddur. LinkedIn-də birinci, ikinci və üçüncü səviyyəli əlaqələri bu şəkildə təsvir etmək olar. İnternet də bir şəbəkə strukturlu məlumat sistemidir, çünki veb səhifələr bir çox digər səhifələrlə əlaqəlidir və bu əlaqələr müxtəlif istiqamətlərdə qurula bilər. Uyğun format olaraq RDF istifadə edilə bilər. Nümunə:
|
<tr>
<td>Tamamilə boş sətirlər və ya sütunlar yer almamalıdır.</td>
</tr>
<tr>
<td>Məlumat dəstində dublikatlar (təkrar sətr və ya sütunlar) yer almamaldır.</td>
</tr>
<tr>
<td>Məlumat dəstinin atributları (sütun başlıqları, açar sözləri), yüklənən faylın adı və digər elementləri Azərbaycan dilində olmalı və təmsil etdiyi məlumatları izah etməlidir.</td>
</tr>
<tr>
<td>Məlumat dəsti maşın emalına uyğun formatda(CSV, XML, JSON, RDF, API və s.) olmalıdır.</td>
</tr>
<tr>
<td>Məlumat dəsti UTF-8 formatında olmalıdır.</td>
</tr>
<tr>
<td>Şəxsiyyəti müəyyən edə biləcək məlumatlar və digər məxfi məlumatlar paylaşılmamalıdır.</td>
</tr>
</table>
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Resurlar (Resources) bölməsinə keçin.
- Yeni resurs əlavə et (Add new resource) düyməsini basın.
- Yeni resursun məlumatlarını cədvəl 3 əsasında əlavə edin.
- Məlumatları yenidən nəzərdən keçirin və Əlavə et (Add) və ya Yadda saxla və yenisini əlavə et (Save & add another) düyməsini basaraq yayımlayın.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Resurslar (Resources) bölməsini seçin.
- Redaktə etmək istədiyiniz mövcud resursları cədvəl 3 əsasında dəyişdirin.
- Yenilənmələri nəzərdən keçirin və tətbiq etmək üçün Resursları yenilə (Update Resources) düyməsini basın.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Resurslar (Resources) bölməsini seçin.
- Silmək istədiyiniz mövcud resursu seçin.
- Silmək (Delete) düyməsini seçin: dialoq pəncərəsini göstərəcək.
- Təsdiq et (Confirm) düyməsini basaraq Məlumat dəstini silmə prosesini tamamlayın.
Bu funksiyaya Məlumat dəsti səviyyəsində icazələrin idarə edilməsi təmin edilir. Bu zaman uyğun icazəsi olan əməkdaşlar, istənilən fərdi Məlumat dəsti üzərində verilən rola uyğun əməliyyatları icra edə bilirlər.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarət et (Manage) düyməsinə klikləyin.
- Əməkdaşlar (Collaborators) bölməsini seçin.
- Əməkdaşlar əlavə et (Add Collaborators) butonuna klikləyin.
- Axtarış hissəsinə iştirakçı adını daxil edərək əməkdaş kimi təyin etmək istədiyiniz iştirakçını seçin.
- Role bölməsindən member, editor və admin arasından uyğun rolu seçin (anlayışlar bölməsindən rollar haqqında məlumt əldə edə bilərsiniz).
- Əməkdaş əlavə et (Add Collaborator) butonuna klikləyərək yeni əməkdaşınızı əlavə edin.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarət et (Manage) düyməsinə klikləyin.
- Əməkdaşlar (Collaborators) bölməsini seçin.
- Rolunu dəyişmək istədiyiniz iştirakçının açar butonuna klikləyin.
- Rolunu uyğun olaraq Admin, Editor, Member’ə dəyişdirdikdən sonra əməkdaşı yeniləyin (Update Collaborator) butonuna klikləyərək prosesi tamamlayaq.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Məlumat dəsti (Datasets) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarət et (Manage) düyməsinə klikləyin.
- Əməkdaşlar (Collaborators) bölməsini seçin.
- Silmək istədiyiniz iştirakçının qarşısındakı X butonuna klikləyin.
- Açılan dialoq qutusunda Təsdiq et (Confirm) butonuna klikləyərək prosesi tamamlayın.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Profilinizə (İştirakçı adınızın yazıldığı hissə) klikləyin.
- API açarlar (API Tokens) bölməsinə keçid edin.
- Ad (Name) hissəsində API açarınızın adını yazın.
- API açarı yarat (Create API Token) butonuna basaraq API açarınızı yaratma prosesini tamamlayın.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Profilinizə (İştirakçı adınızın yazıldığı hissə) klikləyin.
- API açarlar (API Tokens) bölməsinə keçid edin.
- Silmək istədiyiniz tokeni X butonuna basaraq silə bilərsiniz.
1. Məlumat idarəetmə sistemində API-ə qoşulma və faylları ehtiva edən mənbə qovluq.
# CKAN instance main URL
ckan_url = "<http://opendata-api.idda.az/api/3/action>"
# Package create – for creating dataset itself (without files, which later can contain any number of # files):
resource_create_url = ckan_url + "/resource_create"
# Resource create – for adding specific file with data into already created CKAN dataset:
package_create_url = ckan_url + "/package_create"
# Title translations are optional
trns_en = GoogleTranslator(source='az', target='en')
trns_ru = GoogleTranslator(source='az', target='ru')
# API key is unique for each publisher organization and generated/shared by CKAN Admin. Below is just an example
api_key = ("eyJ0eXAiOiJKV1QiLCJhbGciOiJIUzI1NiJ9.eyJqdGkiOiJmN2ExYmMyY2QzZTRlNWY2YTZiN2M4ZDllMGYxYTIiLCJpYXQiOjE3MzM5MTI0MDF9.jgbfdY76kkk")
# Defining that authorisation is made by API key
headers = {"Authorization": api_key}
# Your directory where required dataset files are located:
dir_path = '</your_directory_where_files_located>'
2. Məlumat dəstində metaməlumatların doldurulması üçün element adları.
package_data = {
"\_csrf_token": "IjA1ODU0MmU2MGZjYmI4MmFjOTIxOTI0YzAxYzE3NGExYzBmYzU1ZDIi.Z1lN-A.t9BcCBwgWm1hSubcD_4SVO182uo",
"name": dataset_name,
"title_translated-az": dataset_title, # title in Azerbaijani
"title_translated-en": title_en, # title in English
"title_translated-ru": title_ru, # title in Russian
"url": dataset_name, # Easy practice to generate URL is using dataset name
"owner_org": '9b44b52f-2116-48c8-9565-d9dc026dca8f', # This ID is unique for each publisher
# organization and share by CKAN admin
"license_id": 'notspecified',
"private": False, # if set False, it will be publicly available in portal
"tag_string": directory_name # Easy practice to generate TAG is using directory name
}
3. Məlumat dəstində konkret faylın metaməlumatlarının doldurulması üçün element adları.
# Get the package ID from the response. Package is created code above, before resource.
package_id = package_response.json()\["result"\]\["id"\]
# Parameters for the resource
resource_data = {
"package_id": package_id,
"name": resource_name, # name of the file
"format": 'CSV', # as your file extensions (csv, json,etc)
"name_translated-az": resource_name,
"name_translated-en":title_en, # name of the file in English
"name_translated-ru":title_ru # name of the file in Russian
}
Bu API açarından istifadə edərək məlumat dəstlərini yükləmək üçün aşağıdakı rəsmi dokumentasiyalardan istifadə edə bilərsiniz.
https://docs.ckan.org/en/2.10/maintaining/filestore.html?highlight=resource_create#filestore-api
API guide — CKAN 2.10.7 documentation
Mövcud təşkilatda aşağıdakı rollar mövcuddur. Təşkilata yeni iştirakçı əlavə etmək üçün [email protected] elektron poçtuna müraciət etməniz xahiş olunur.
Təşkilatın private və public (məlumat idarəetmə sistemindən əlçatan olan) məlumat dəstlərini görə bilər.
Member-in bütün funksiyalarını yerinə yetirə bilər. Əlavə olaraq:
- Təşkilata yeni Məlumat dəstləri əlavə edə bilər.
- Təşkilatdakı istənilən Məlumat dəstini redaktə və ya silə bilər.
- Məlumat dəstləri public və ya private edə bilər.
Editor-un bütün funksiyalarını yerinə yetirə bilər. Əlavə olaraq:
- Təşkilatdakı istənilən iştirakçının rolunu dəyişdirə bilər (digər Admin-lər də daxil olmaqla).
- Member, Editor və ya digər Admin-ləri təşkilatdan silə bilər.
- Təşkilat haqqında məlumatları redaktə edə bilər (ad, təsvir, şəkil və s.).
- Təşkilatı tamamilə silə bilər.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Təşkilatlar (Organizations) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Lazım olan sahələri aşağıdakı cədvək əsasında dəyişdirin.
| Məlumat |
|---|
| Metaməlumat (İngiliscə) | Metaməlumat (Azərbaycanca) | Açıqlaması |
|---|---|---|
| * Title | * Başlıq | Təşkilatın adı |
| * Description | * Açıqlama | Təşkilat haqqında məlumat |
| * Image | * Şəkil | Təşkilatın şəkil və ya logosu. 43 x 43 piksel ölçüsündə olması məqsədə uyğundur. |
- Yeniləmələrinizi nəzərdən keçirin və dəyişiklikləri saxlamaq üçün Təşkilatı yeniləyin (Update Organization) düyməsinə klikləyin.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Təşkilatlar (Organizations) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Üzvlər (Members) bölməsini seçin.
- Rolunu dəyişmək istədiyiniz iştirakçının qarşısında olan açar butonuna klikləyin.
- Rolunu uyğun rola (1.4.1 bölməsindən rollar barəsində məlumat ala bilərsiniz) dəyişdirdikdən sonra Üzvü yeniləyin (Update Member) butonuna klikləyək prosesi tamamlayın.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- Əsas naviqasiya panelində Təşkilatlar (Organizations) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Üzvlər (Members) bölməsini seçin.
- Üzv əlavə et (Add Member) butonuna klikləyin.
- Mövcud iştirakçı (Existing user) hissəsindən iştirakçı adını tapıb rolunu(1.4.1 bölməsindən rollar barəsində məlumat ala bilərsiniz) dəyişdirin.
- Üzv əlavə et (Add Member) butonuna klikləyərək iştirakçının rolunu dəyişin.
- Açıq məlumatlar portalının Məlumat idarəetmə sisteminə giriş edin.
- İdarəetmə sisteminə girişƏsas naviqasiya panelində Təşkilatlar (Organizations) bölməsinə klikləyin.
- Məlumat dəstinin idarəetmə interfeysinə keçmək üçün İdarə et (Manage) düyməsinə klikləyin.
- Üzvlər (Members) bölməsini seçin.
- Silmək istədiyiniz iştirakçının sağ tərəfində olan X butonuna klikləyin.
- Açılan Dialoq pəncərəsində Təsdiq et (Confirm) butonuna klikləyərək silmə prosesini tamamlayın.